Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Təcrübə olmadan işə necə düzəlmək olar? (1-ci hissə)

Bu gün gənc mütəxəssislərə iş tapmaq elə də asan məsələ deyil. Əgər iş təcrübəniz yoxdursa və əmək sahəsində ilk dəfə çalışmağa hazırlaşırsınızsa, məsələ bir qədər də mürəkkəbləşir. O səbəbdən iş barəsində bir qədər əvvəldən, yəni, tələbəlik illərindən düşünmək lazımdır. Bu zaman ən mühüm olanı işə ilk dəfə düzəlmə kimi vacib məsələyə ağıllı və savadlı yanaşmaqdır.

Nədən başlamalı?           

Öncə fəaliyyət sahəsini seçin. Prestijin və ya gözəl səslənən vəzifə ardınca qaçmayın. Əgər, təcrübəsi olmayan tələbəsinizsə, işlə bağlı elə sahəni seçin ki, sizin gələcək peşənizlə əlaqəli olsun ki, təhsilinizi başa vurduqda CV-də yazmaq üçün nəsə tapa biləsiniz.

Əgər ali məktəbi bitirmisinizsə, öz peşəniz üzrə işləmək istəyib-istəməməyinizi və ya ürəyinizdən başqa bir peşə fəaliyyəti ilə məşğul olmaq istəyinizi müəyyənləşdirin. Yadda saxlayın: ruhla edilən işlər quru və mexaniki görülən işlərdən fərqlənir və karyera yüksəkliklərinə də yalnız zövqlə işləməklə çatmaq mümkündür.

Elə sahibkarın özü də ilk növbədə motivasiyalı, çalışqan və öz bilik və bacarıqlarını təkmilləşdirən əməkdaşlarda maraqlıdır – bəzən isə hətta təcrübəsi olmayan insanları belə işə qəbul etməyə çalışırlar. Ola bilsin ki, o sizi öyrətsin və hətta treninqləri öz hesabına həyata keçirsin. Başlıcası – təşəbbüskar olmaqdır.

Beləcə - fəaliyyət sahəsini seçin və irəli gedin!

İş təcrübəsi olmadan hara qəbul edirlər?

Hər bir təzə işçinin peşəkar realizə və karyera artımı arzusu var - bu məqsədyönlülüyün sübutudur. Lakin, yaxşı vəzifədə irəliləmək hər bir kəsdən böyük səylər tələb edir. Əmək bazarında sərt rəqabət şəraitində heç kim karyera pillələrində on pilləni birdən keçə bilməz. Yalnız öz üzərinizdə çalışmaqla karyerada irəliləyə bilərsiniz.

O səbəbdən iş təcrübəsi olmayan insanlar üçün ən geniş yayılmış pozisiyalar bunlardır: assistent, məsləhətçi, katib və stajçı. Bu pozisiyada bir iki il işləyib, özünüzü yaxşı tərəfdən göstərə bilsəniz, karyeranızda növbəti pillələrə yüksəlmək, daha məsul və əhəmiyyətli olan digər dərəcəyə çatmaq üçün əla imkan qazana bilərsiniz. Ona görə də nə qədər tez başlasanız, bir o qədər yaxşıdır.

İşədüzəlmə üzrə saytlara daxil olun və bu cür vakansiyalar axtarın – çox yəqin ki, məhz, sizdən ötrü yararlı görünən onlarla belə iş yeri tapa biləcəksiniz.

Sonrakı mühüm mərhələ - CV yazılmasıdır. CV göndərin və on məktubdan bir cavab alsanız belə, ruhdan düşməyin – axtarışları davam etdirin. Sizin əzmkarlığınız hökmən öz bəhrəsini verəcək.

Həmçinin bax:

CV-də qeyd edilməli 10 nüans

CV-də qeyd edilməməli 20 nüans

Baxışların sayı: 13771