Hər birimiz, həyatda ən azı bir dəfə iş və ya işçi axtarışı problemi ilə qarşılaşırıq. Bu problemin həlli üçün www.kadr.az saytını yaratdıq ki, karyeranızın inkişafına və ya şirkətinizə təcrübəli və ixtisaslaşmış işçilərin tapılmasına köməklik edək.
Sayt fəaliyyətinə ilk dəfə 2004-ci ildə başlayıb, müəyyən müddət fəaliyyətində fasilələr olub, məqsədimiz isə ölkəmizin əmək bazarında vaxtilə qazanılmış birinciliyi yenidən geri qaytarmaqdır.
www.kadr.az – iş və ya işçi axtaranlar üçün nəzərdə tutulmuş online platformadır. Üstünlüyümüz istifadəçilərə rahat CV və iş elanı yerləşdirmək imkanı, bir dəfə qeydiyyatdan keçmisinizsə təkliflərinizi işəgötürənlərə və ya iş axtaranlara bir toxunuşla göndərə bilmə imkanını yaratmağımızdır.
www.kadr.az işədüzəltmə şirkəti deyil, məqsədimiz işə götürənlə işçi arasında vasitəçisiz və rahat online əlaqə imkanı yaratmaqdır.
Siz iş axtaran (və ya işəgötürən) kimi bir dəfə qeydiyyatdan keçməklə, sizə uygun vakansiyaya CV göndər (və ya iş təklifi göndər) düyməsi ilə CV-zi göndərə bilərsiniz.