Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir (1-ci hissə)

Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir: müdrik rəhbərin 5 əks tədbiri (1-ci hissə)

Rəhbərlər biznesin lazımi istiqamətdə getmədiyini şirkətlərdə başqalarından daha tez görürlər: satışlar aşağı düşür və ya müştəri axını azalır, bazar üzrə rəqiblər sıxışdırır və ya təchizatçılarla münasibətlər korlanır. Problemin nədən ibarət olmasından asılı olmayaraq, adi işçilər üçün o, çox vaxt aydın olmur.

Əməkdaşları yeni cür işləməyin zəruriliyinə inandırmaq – çox çətin bir işdir və həmin səbəbdən bir çox perspektivli biznes işləri “yanıb”. Əməkdaşlar sabitlik və dinclik istəyirlər, əgər müdiriyyət dəyişiklikləri tətbiq edirsə, onda məhz, belə bir sabitlik gözlənilmir. Nəticədə müqavimət və təxribatlar artır, rəhbərin niyyəti beton anlaşılmazlıq divarına çırpılır. Bu dilemmanı necə həll etməli və əməkdaşların loyallığına necə olmalı, bax, onu siz bu yazıda öyrənəcəksiniz.

İndi oxuyacağınız məsləhətləri Harvard universiteti tarixində ən gənc professor, MBA proqramı üzrə kitab və təlim kurslarının müəllifi Con Kotter hazırlayıb. Onun tövsiyələri sayəsində bağlanılma ərəfəsində olan onlarla müəssisəni xilas etmək mümkün olmuşdu.  

1-ci məsləhət. Şirkətinizdə mini-böhran yaradın

Bunu etmək üçün, itkilər yaradın, menecerlərin rəqiblərinə nisbətən zəif tərəflərini ortaya qoyun, hətta səhv təklifləri son anda rədd etmək əvəzinə təsdiq edə bilərsiniz. Bu yolla siz öz əməkdaşlarınıza onların indkarlıqlarının nəyə gətirib çıxardığını əyani şəkildə göstərə bilərsiniz. Nəticədə uzun sürən və inadkar qarşıdurma, təşkil olunmuş təxribat, kütləvi işdən çıxarılmalar, həmkarlar ittifaqına şikayətlər, əsl böhrana rəvac verən digər “sevinclərdənsə”,  bu, şirkətə daha ucuz başa gələcək.  

2-ci məsləhət. Nəzarət tapşırıqları qurun

Özü də bunu köhnə metodlarla çatmaq mümkün olmayan bir hədd ilə, məsələn, satış gəlirlərinə və ya istehsal dövrünün azalmasına görə edin. Məşhur sovet “beşillikləri” insanları fədakatlıqla çalışmağa və planı vaxtından 2-3 il əvvəl yerinə yetirməyə məcbur edirdi. Ekstremal şəraitlərdə beynimiz tam gücü ilə işləməyə başlayır və adi şəraitdə heç kimin ağlına belə gəlməyən ideyaları generasiya edir.

Tarix : 20.05.2021

Baxışların sayı: 5669