Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

CV-də qeyd edilməməli 20 nüans

CV-də lazımsız olan 20 məlumat

  • Həyat tarixçəniz. Buna lüzum yoxdur. Sizin məqsədiniz – CV-yə yalnız vacib məlumatları daxil etməkdir, hansı ki, tutmaq istədiyiniz vəzifəyə aiddir.
  • Mürəkkəb və “çirkli” CV. Sənəd sadə və dəqiq olmalıdır ki, onu oxuyan bütün mühüm məlumatları tez tapa bilsin.
  • Fotoşəkliniz. Əksər hallarda sizin fotoşəkil lazım olmayacaq. Əgər CV-ni fotoşəkilli göndərmək tələb olunmursa, bunu etməyə lüzum yoxdur.
  • Çox işlədilən ibarələr. “Peşəkar yüksəliş üçün maraqlı iş axtarıram” kimi ibarələri az qala hər iki nəfərdən biri istifadə edir. Vəzifə ilə bağlı hər şeyi dəqiq oxuyun və buna fokuslaşmaqla, iş yerində nələr edə biləcəyinizə köklənin.
  • Şəxsi detallar. Əgər siz idman jurnalisti olaraq işə düzəlmirsinizsə, öz idman karyeranız barədə yazmağa gərək yoxdur. Bu dini və siyasi məsələlərə də aiddir. Gülməlidir, bir çoxları nədənsə bunları mühüm hesab edirlər.
  • Hamının bacardığı qabiliyyətlər. Exceldə işləməyi bacarırsınız? Həqiqətən? İstənilən müasir insanda bu bacarıq var. Əgər siz Excel-in pulsuz analoqunu yaratmısınızsa, bax, bu maraqlıdır. Amma, cədvəllər və formulları düzməyi bilirsinizsə, bu haqda danışmasanız yaxşıdır.
  • İzaholunmaz işburaxmalar. Əgər siz işdən çıxdıqdan sonra bir freelancer kimi çalışmısınızsa, CV-də həmin ili boş buraxmaqdansa, onu yazmaq daha yaxşıdır. Əgər, freelancer kimi çalışmaqla müəyyən yeni vərdişlərə yiyələnmisiniz və bu yeni iş yerində sizə kömək də edə bilər, bu artıq lap yaxşıdır. Ona görə də bu haqda yazsanız yaxşıdır.
  • Gözəl şriftlər kreativ format. Bu cür CV-ləri çox vaxt oxumadan atırlar. Ciddi deyirəm. Bu haqda çox deyilib.
  • Sosial şəbəkələrdə dolğun olmayan profillər. Facebook, Twitter və digər sosial şəbəkələrdəki profiliniz iş axtarışı zamanı mühüm əhəmiyyət kəsb edir. Əgər CV-niz sahibkarın xoşuna gələrsə, o sizi müsahibəyə çağırmazdan öncə çox yəqin ki, profilinizi sosial şəbəkədə axtarıb tapmağa çalışacaq.
  • CV-birinci şəxsin adından. CV-ni yazarkən heç də mən-mən deyib, qürrələnməyin. Bu konstruksiyadan, birinci şəxsin adından istifadə etsəniz daha yaxşıdır: “...vəzifəsini tutmuşam...”, “...əlaqəli məsələləri həll etmişəm”. “...şöbəyə rəhbərlik etmişəm”.
  • Keçmiş vəzifələrinizin ətraflı yazlışı. Bunun yerinə diqqəti əldə etdiyiniz nəticələrə cəmləşdirin. Gəlirlərin yüksəldilməsi, yeni uğurlu məhsul buraxılışı və s.
  • Uğurlar barədə söz yığını. Əgər nəyəsə həqiqətən nail olmusunuzsa, siz bunu təsdiq etməlisiniz. Pisdir: “X layihəsini vaxtında başa çatdırdım”. Yaxşıdır: “Yeni bölmənin açılışında əsas rol oynamışam”. Həmin bölmə açıldıqdan sonra müştəri bazası 3 dəfə artıb, loyal alıcıların sayı isə 33% artıb.
  • Qısa siyahı. Bacarıqlarınızın qısa şəkildə siyahı kimi yazılışı pis ideyadır. CV faktlarla və qeydlərlə möhkəmləndirilən əsas hadisələri özündə əks etdirməlidir.
  • Yalan. Həqiqətdən başqa heç nə yazmamaq lazımdır. Çünki yalanın üstü gec-tez açılacaq.
  • İş, poçt ünvanınız. Yeni şirkətin əməkdaşları köhnə iş ünvanı ilə əlaqə saxlamaq istəməyəcəklər. Ən yaxşısı, şəxsi poçt ünvanınızdan istifadə etməkdir.
  • Barənizdə rəylərin olmaması. Birlikdə işlədiyiniz adamların siyahısını tutun, hansılar ki, barənizdə sahibkara rəy söyləyə bilərlər.
  • Universal CV. Ümumi CV-dən, yəni standart sənəddən istifadə etmək olmaz. Hər bir vəzifə müəyyən vərdişlər tələb edir və tənbəlliyə ehtiyac yoxdur, o səbəbdən konkret sahə üzrə CV hazırlayın.
  • Müşaiyətedici məktub. Bəzən CV-yə belə bir məktub da əlavə olunmasını istəyirlər. Bu tələb olunmadığı yerlərdə, onu hazırlamağa lüzum yoxdur.
  • Kolontitullar (Səhifə başlıqları). Bəzi menecerlər CV-ni oxumaqdan ötrü xüsusi proqramlardan istifadə edirlər. Bir çoxları isə kolontitulda olan məlumatları təyin edə bilmirlər, o səbəbdən bunu etməyə gərək yoxdur.
  • 15 il bundan əvvəlki vəzifələriniz. İşləməyə başladığınızdan 15 il əvvəlki vəzifələriniz xatılatmağa lüzum yoxdur.  

 

 

Baxışların sayı: 13014