CV yazarkən nələri etməyi dayandırmalıyıq? (Həmçinin bax: CV-də qeyd edilməli 10 nüans)
- CV üçün MS Word şablonlarından istifadə etmək.
- CV-nin birinci şəxsin adından yazılması. Əgər, bunu həddən ziyadə kreativ və maraqlı etməmisinizsə, onda buna ehtiyac duyulmur. Əks halda bu sizin öz əleyhinizə çevrilə bilər.
- CV-ni çoxlu sayda səhifələrə qədər uzatmaq lazım deyil. Maksimum bir-iki səhifə yetərlidir. Hər xırda detalın CV-də qeyd olunması, hər bir iş yerinin geniş şəkildə izahı və s. işəgötürənin nəyinə gərəkdir ki?! O səbəbdən CV yetərincə qısa, lakonik, həm də şəxsin mahiyyətini, yəni bacarıqlarını kifayət qədər diqqətə çatdırmağı bacaran bir sənəd rolunu oynamalıdır.
- Aldatmaq. Bu heç nəyə gərək deyil. Özünü öyərək lovğalıq etmək, bacarmadığın və ya az-çox xəbərdar olduğun işlər və qabiliyyətləri sadalamaqla CV-ni doldurmaq, gərəksiz bir şeydir. Bununla həm də özünüzü riskə atmış olacaqsınız. Çünki CV-də yazdığınız və öhdəsindən gələ bilmədiyiniz bir tapşırıq aldıqda, hansı vəziyyətə düşə biləcəyinizi göz önünə gətirsəniz, vəziyyətin necə ciddi ola biləcəyini yəqin ki, anlaya bilərsiniz.
Başa düşmək lazımdır ki, bu məsləhətlər də ideal deyil, axı, onlar işçi axtaran bir nəfər tərəfindən tərtib olunub. Buna baxmayaraq, düşünürük ki, o da sizə səhvlərdən yayınmağa və arzu etdiyini işi axtarıb tapmaqda sizə kömək edə bilər.
Tarix : 12.04.2019
Baxışların sayı: 12896