Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Hər şeyi kadrlar həll edir (3-cü hissə)

Hər şeyi kadrlar həll edir.

3-cü hissə (2-ci hissəni oxumaq üçün keçidə daxil olun)

Sovet rejimi dövründə Stalinin belə bir ibarəsi var idi: “Hər şeyi kadrlar həll edir”.

Bir peşəkar rəhbər üçün bütöv və zəruri olan bütün komponentləri nə əlaqələndirir?

Psixikanın fəaliyyətinə baxdıqda,  əxlaq qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq sistemi kimi həyatı əhatə edən münasibətləri “yaxşı”, “pis”, “biganə” kimi qiymətləndirir – bu, o daxili “yapışqandır”, hansı ki, rəhbərin istedadı, təcrübəsi və təhsilini əlaqələndirir və bundan əlavə, onun psixikasını seçilmiş bu və ya digər məqsədlərə yönəldir. Əxlaq karkasında fərdin dünyagörüşü və mədəniyyət düşüncəsi sıraya düzülür.

Bu təkcə rəhbər işçiyə olan münasibətdə deyil, həm də istənilən insana münasibətdə ədalətlidir. Yerlərdə bu və ya digər vəzifəni tutan şəxslər qüsurlu əxlaqa malik olduqda, öz xidməti vəzifələrindən sui-istifadə məqsədləri üçün yararlanırlar, özü də bu zaman hətta ölkənin ali rəhbərliyi qarşısında daşıdıqları məsuliyyət belə onları bundan çəkindirmir. Bu ya şüurlu şəkildə, ya da dərk olunmadan edilir, onlar buna görə rəhbər vəzifələrindən çıxarılmayacaqlarına da nədənsə əmin olurlar. Səbəbi də sadədir, onlar özlərini əvəzolunmaz rəhbər işçilər hesab edirlər. Belələri daha istedadlı, daha gənc və qabiliyyətli şəxslər tərəfindən əvəz olunmalarına yol verməmək üçün istənilən şeyə əl ata bilərlər. Yaranan belə bir vəziyyət zamanı xidmətin prioritetləri cəmiyyətin xeyrinə olmur, bu vəzifəni tutan şəxslər istənilən yol və metodlarla xidməti pillələrdə irliləməyə səy göstərir, daha rahat və yüksək əməkhaqqı olan iş yerinə göz dikirlər. Digər istedadlı idarəçiləri isə sıxışdırmağa başlayırlar.

Belə bir ibarə yəqin hamıya tanışdır: “Hər bir xalq layiq olduğu hökuməti qazanır”.  Bu mahiyyətcə belə deməkdir: ümumilikdə xalqın düşüncə mədəniyyəti necədirsə, cəmiyyət də belə bir hökümətin hakimiyyəti altındadır. Adamların düşüncə mədəniyyəti “heçdirsə”, onları idarə edənlər də bu cəmiyyətin içindən çıxdıqlarından, onlar da “heçdirlər”.

Bu gün bir çoxları belə mövcud mədəniyyətdə yetişdirildiyindən, müasir dünyada insanların həyatını yaxşılaşdırmaqda idarə edənlərin əksəriyyətinə ümid etmək mənasızdır,  zira əxlaqi baxımdan onlar öz ətrafındakılardan elə də yaxşı deyillər.

Buna müvafiq olaraq, partiyalar və müxtəlif qruplaşmalar arasında müxtəlif şüarlara baxmayaraq,  elə də prinsipial fərq yoxdur. Bütün bu rəhbər işçilərdə, hətta iş təcrübələri olsa belə, idarəetmə sahəsində adekvat biliklərinin mövcud olmaması fərqləndirir. Bu bütün sakinlərə də aiddir, çünki təhsil standartları adekvat deyil. Və şəhərdə və ya rayonda, yaxud da istənilən bir müəssisədə belə, idarəetmə sahəsində keyfiyyət dəyişikliyinə nail olmaq üçün özümüzdən başlamaq çox zəruridir.

Bu məsələ hələ orta məktəb partalarından ciddi nəzarət altına alınmalı, idarəetmə ilə bağlı biliklər məktəb illərindən başlanılaraq tədris olunmalıdır.  Bununla bağlı biliklərin tədrisinə 9-11-ci siniflərdə başlamaq daha məntiqə uyğundur.

Qeyd etmək lazımdır ki, bu cür faydalı və real biliklər əldə edən şagirdlər bir çox məişət problemlərinin də öhdəsindən gələ bilərlər. Dövlət isə öz növbəsində idarəetmə sahəsində savadlı gənc kadrlar qazana bilər ki, onlarla ali məktəblərdə işləmək, bacarıqlarını yüksəltmək daha rahat olar.   

 

 

Tarix : 25.04.2019

Baxışların sayı: 12839