Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Hər şeyi kadrlar həll edir (2-ci hissə)

Hər şeyi kadrlar həll edir.

2-ci hissə (1-ci hissəni oxumaq üçün keçidə daxil olun)

Sovet rejimi dövründə Stalinin belə bir ibarəsi var idi: “Hər şeyi kadrlar həll edir”.

Bəs bu gün, müasir idarəetmə necə olmalıdır?

2. Təcrübə

Keyfiyyətli idarəetmə təhsili alan menecer (mümkündür ki, ilkin olaraq idarəetmə bacarıqlarına malik olub), işə başladığı zaman bu və ya digər formada real işlərlə qarşılaşır. İstənilən idarəetmə prosesləri sahəsinə daxil olmaq üçün təcrübə yığmaq çox zəruridir. Ona görə də ya daha təcrübəli bir nəfərin rəhbərliyi altında, yaxud da  kiçik miqyasda işə başlamaq məsləhətdir. Təcrübə göstərir ki, əgər region rəhbəri və ya iri şəhər meri, bu vəzifələri tutmazdan öncə zavod direktoru, rayon başçısı kimi işləyibsə, idarəetmənin keyfiyyəti xeyli yüksəlir. Uzaq olmayan sovet keçmişində kadrlar təminatı üzrə iyerarxik sistem bu cür qurulmuşdu.

Böyük sistemləri idarə edən (rayonlar, şəhərlər, regionlar) şəxs minimum olaraq keyfiyyətli təhsil və iş təcrübəsinə malik olmalı idi. Əgər region başçısı və ya şəhər meri vəzifələrinə təcrübəsi və ya profilli idarəetmə təhsili olmayan bir insan təyin olunursa, digərləri bundan öz tamah məqsədləri üçün istifadə edə bilərlər. Bundan əlavə,  belə rəhbər işçinin əxlaqi və etik keyfiyyətləri barədə birmənalı nəticə çıxarmaq mümkün deyil və buna baxmayaraq, hər hansı bir məlumat və təcrübənin olmaması şəraitində ona çoxlu sayda insanlar və böyük bir sistemlə bağlı vəzifə tutmaq imkanı verilir.

3. Şəxsi qabiliyyətlər və keyfiyyətlər

İnsanların bir hissəsi uşaqlıq və gənclik dövrlərindən kiçik və böyük işlərin, müxtəlif proseslərin təşkilində  idarəetmə ilə bağlı öz bacarıqlarını nümayiş etdirirlər.

Bu, “idarəetmə” ixtisası üzrə ali təhsil almayan şəxslərdə də özünü büruzə verə bilər, buna baxmayaraq, həmin insan müxtəlif sahələr üzrə prosesləri keyfiyyətli şəkildə idarə edə bilər. Lakin, belə nümunələr tək-təkdir.

Belə rəhbər işçilərin iş keyfiyyətinə təsir edən daha bir amil də var – bu, müasir insanın olduğu yeni informasiya şərtləridir. Bizim günlərdə cəmiyyətdə məlumat yenilənməsi tezliyi nəsillərin yenilənməsi tezliyini əhəmiyyətli şəkildə üstələyir:

“...biliklər və mənimsənilən bacarıqlar fantastik sürətlə köhnəlir. Əvvəllər heç vaxt mövcud olmayan sahələr üzrə biliklər və bütöv iqtisadi sahələr meydana çıxır”.

Əgər, insan əvvəllər bütün ömrünü texniki olaraq oxşar mühitdə keçirirdisə, indi onun həyatı ərzində onu əhatə edən informasiya və texniki mühit dəfələrlə dəyişir. İndi biz hamımız daim yenilənən məlumat axınında yaşayırıq ki, bu da bizdən, xüsusilə də rəhbər işçilərdən qeyri-standart qərarlar qəbul etmək,  dərhal öz fəaliyyət metodlarını uyğunlaşdırmaq bacarıqları tələb edir. Bundan ötrü isə yaradıcı düşüncə lazımdır.

Beləliklə, bu cür rəhbər işlərin olduqca az olduqlarını nəzərə alanda, günümüzdə ilkin bacarıqlar səmərəli idarəetmə fəaliyyəti üçün yetərli olmaya bilər, o səbəbdən idarə edən şəxsin səhv etmək hüququ yoxdur, belə ki, bundan çox adamlar əziyyət çəkə bilər, ona görə belə bir nəticə çıxarmaq olar: rəhbər işçi idarəetmə sahəsində keyfiyyətli təhsilə tələbat duyur.

 

Baxışların sayı: 12847