Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

CV-də qeyd edilməli 10 nüans

CV-də nəyə diqqət yetirirlər?

  •  Son vəzifə. İlk növbədə həmin adamın son vəzifəsinə diqqət yetirirlər. Həmin şəxs öz arzusu ilə işdən gedib, yoxsa onu işdən çıxarıblar? Şəxs son vəzifəsində uzun müddətmi işləyib və hansı məsələləri yerinə yetirib? Bu suallara cavab almaq çox vacibdir.
  • Tanınmış şirkət. İnsanın işlədiyi son şirkətin adından çıxış edərək, həmin şəxsin nə qədər peşəkar olduğunu daha asan anlamaq olur. Görəndə ki, bu şəxs məşhur bir şirkətdə işləyib, bu, həmin adama xəyalən müsbət işarə qoymaqda əsas verir.
  • Ümumi təcrübə. Karyera irəliləyişi olubmu? Tapşırıqların mürəkkəbliyi yüksəlibmi? Vəzifənin adı yerinə yetirilən işlərə müvafiq gəlirmi?
  • Fasilələr. Uzun sürən fasilələrə qarşı heç bir etirazım yoxdur, lakin, xahiş edirəm, həmin zamanlarda nə ilə məşğul olduğunuzu izah edin. Üç il ərzində işləməmisiniz? Əla, lakin, mən bilməliyəm, niyə? Uşağınızı böyütmüsünüz? Öz biznesinizi sınaqdan keçirmək istəmisiniz? CV-də bu haqda məlumat yazın.
  • Şəbəkələrdə iştirak. İddiaçının sosial şəbəkələrdə axtarılması, mənim işlərimin sevimli sahəsidir. Twitter, Facebook – bunlar mənə sizin barənizdə CV-dən daha çox şey deyir. Ona görə, əgər siz iş əldə etmək istəyirsinizsə, sosial şəbəklərdə buna uyğun öz profilinizin qayğısına qalın.
  • CV-nin tərtibatı. Səhvlər, həcm, dəqiqlik və aydınlıq.

Ən çox nəyə diqqət yetirilir?

  • Təhsil. Təcrübə hər şeydən üstündür.
  • CV-nin tərtibində haşiyələr. Mən gözəl və kreativ tərtib olunmuş CV-ləri xoşlayıram, lakin, bir çox işçi toplayanlar xüsusi proqramların köməyilə CV-dən çox şeyi yox edib, yalnız mətni saxlayırlar. O səbəbdən daha yaxşı olardı ki, CV-ni standart növdə PDF-də göndərəsiniz.
  • Şəxsi məlumat. Ailə vəziyyəti, uşaqlar, xəstəliklər, fotoşəkillər – bütün bunlar mənə gərək deyil.

Baxışların sayı: 13326