Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

CV geniş və ya qısa olmalıdır?

 CV geniş və ya qısa olmalıdır??? 

CV hazır edənləri daha çox onu necə yazmaq məsələsi narahat edir. Sənədin həcmi isə ikinci plana keçir. Amma, tədqiqatlar göstərir ki, CV-nin həcmi də mühüm əhəmiyyət təşkil edir. Bəs ekspertlər hansı nəticələrə gəlmişlər?

Qısa CV istedadı tam aça bilmir

Əgər bir neçə il bundan əvvəl işəgötürənlər namizədliyi mümkün qədər tez nəzərdən keçirməyə, necə deyərlər, bütün mahiyyəti bir neçə saniyə ərzində başa düşməyə çalışırdılarsa, bu gün bir sadə səhifədən ibarət CV heç kimdə təəssürat yaratmayacaq. Əksinə, işə götürənlər və kadrlar şöbələrinin əməkdaşları iş axtaranın bacarıqları, təhsili, nailiyyətləri və şəxsi cizgiləri haqqında mümkün qədər dolğun məlumt öyrənməyə üstünlük verirlər. Statistikaya görə 2 və daha artıq səhifədən ibarət CV, cüzi, bir səhifəlik olanlardan 2 dəfə daha çox nəzərdən keçirilir. Bundan əvvəl “böyük” sənədlərin iş stajı çox olan işçilər üçün üstünlük təşkil etdiyi hesab olunurdu. Bu gün belə sənədlər yenicə işə başlayanlar üçün də keçərlidir.

Vəzifə nə qədər yüksəkdirsə, CV də bir o qədər geniş olmalıdır

Tabeçiliyində əməkdaşların olduğu rəhbər işçilər, direktor və menecerdən yalnız səriştəlilik və məsuliyyət tələb olunmur, həm də ünsiyyətlilik, çeviklik, stressə davamlılıq tələb olunur. Heç də təəccüblü deyil ki, muzdla iş qəbuluna cavabdehlik daşıyanlar a-dan, z-ə qədər hər şeyi öyrənməlidirlər və yeri gəlmişkən, böyük CV burada tam yerinə düşür.

Böyük CV – daha çox məlumat deməkdir

Tədqiqatlar göstərib ki, bir neçə səhifədən ibarət fayllar, qərarların daha sürətli qəbuluna yardım edir.Bəli, məzmunlu sənədin öyrənilməsinə mütəxəssis daha çox vaxt sərf edəcək, lakin lazımi məlumatları əldə etdikdən sonra o, daha az "düşünəcək". Hər şey məntiqlidir!

Necə etməli? Özünüz özünüzə kompliment söyləməkdən çəkinməyin. Ancaq nəzərə alın ki, difiramblar əsaslandırılmalıdır: CV-nin dürüstlüyü və doğruluğu hələ heç kim tərəfindən ləğv edilməmişdir.

Hər hansı bir iş təcrübəsi haqqında yazın, hər bir vəzifədə nə ilə məşğul olduğunuzu ətraflı təsvir edin, nailiyyətləriniz barədə geniş məlumat verin. Amma,  bunları dəlil-sübutsuz etməyin.  Layihə və tədqiqatlarını olubmu? Əgər olubsa, onları potensial işəgötürənə göstərin. Və belə etsəniz, onda Siz iş axtaran statusundan çox tezliklə yeni əməkdaşa çevriləcəksiniz.

Tarix : 25.05.2019

Baxışların sayı: 12768