Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Hər şeyi kadrlar həll edir (1-ci hissə)

Hər şeyi kadrlar həll edir.

1-ci hissə

Sovet rejimi dövründə Stalinin belə bir ibarəsi var idi: “Hər şeyi kadrlar həll edir”.

Bəs bu gün, müasir idarəetmə necə olmalıdır?

Müasir idarəedici, yəni, kadr bir mütəxəssis kimi – bu peşə ilə bağlı proses zamanı əldə olunan biliklər və işdə qazanılan təcrübə, eləcə də müəyyən şəxsi qabiliyyətlər və keyfiyyətlərlə əlaqəli müvafiq biliklərin ahəngidir. Əlavə olaraq əxlaq da var ki, o, özündə bütün bunları insan psixikası və davranışında birləşdirir. Əgər, yuxarıda adları çəkilən komponentlərdən biri yoxdursa – bu böyük ehtimalla o deməkdir ki, idarəedici yalnız bu cür adlanır, mahiyyətcə bu elə deyil.

İndi isə hər bir komponentlə ardıcıllıqla tanış olaq:

1. Təhsil

İdarəetmə sahəsində lazımi qədər ixtisaslı kadrların hazırlığı üçün idarəetmə təhsili alması zəruridir, özü də artıq bu və ya digər fəaliyyət sahəsində mövcud olan ali təhsil və iş təcrübəsi bazasında olması arzu ediləndir.

İdarəedicinin  aşağıdakı vərdişlər və fənnləri bilməsi mütləqdir:

•  idarəetmə nəzəriyyəsi və idarəetmə və iqtisadiyyat mövzusunun dərk edilməsi üçün çoxtərəfli makroiqtisadi sistemlərin bənzərliyi nəzəriyyəsi;

• psixologiya və sosialogiyanın əsasları;

• regionun biologiyası və coğrafiyası – çünki təbiət insan fəaliyyətinin mühiti və həyatı ilə bağlı digər fəaliyyət sahələri sırasında ilk növbədə onun sağlamlıq vəziyyətini  müəyyən edir və insanın bədəninə və psixikasına təsir görstərir;

• iqtisadi və maliyyə fəaliyyəti ilə bağlı konkret qanunların bütövlüyünü təhlil etmək və təhlil etməklə qanunvericilik kursları;

• riyaziyyatın əsasları: xətti və vektorlu cəbr, xətti proqramlaşdırma, çoxluq nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, riyazi statistika, hesablama metodları, dinamik proqramlaşdırma alqoritmi, ölçü nəzəriyyəsi – bütün bunlar idarəedicinin öz fəaliyyətinin nəticəsi kimi hesablaması, eləcə də xalq təsərrüfatının fəaliyyətini başa düşməsi üçün zəruri olanlardır;

• metrologiya və ölçü təcrübəsi, standartlaşdırma və sertifikatlaşdırma – qəbul edələn qərarların sistemliyi və əsaslığını təmin etmək üçün zəruridir;

• mühasibat uçotu –  müxtəlif ölkələrdə istifadə edilən mühasibat sistemlərini və makroiqtisadi statistikanı toplamaq və təhlil etmək sistemlərini müqayisə etmək üçün;

• sürətli oxuma və çap etmə,  özünütəhsili və həll yolları üçün vaxt ayırmaqdan ötrü əsas kimi;

• xarici dillər – əcnəbi ölkə təcrübəsini öyrənmək məqsədilə xarici ölkə ədəbiyyatının oxunması.

Beləliklə, idarəedici idarəetmə funksiyalarını tam şəkildə idarə etməyi bacarmalıdır, nəticə etibarilə isə: idarəetmə tələbatı doğuran mühit amillərini aşkara çıxarmaq; hədəflər vektorunu formalaşdırmaq; idarəetmənin yeni konsepsiyalarını formalaşdırmaq; idarəetmə keyfiyyətlərinə nəzarət və qarşıya qoyulmuş nəticələrə çatmaq; idarəetmə obyektinin dayanıqlığı məsələlərinin həlli zamanı proqnoz metodologiyası və vərdişlərinin təkmilləşdirilməsi.

Belə bir məlumat qabiliyyətini mənimsəyən bir mütəxəssis milli iqtisadiyyatın idarəetmə prosesləri və fəaliyyətinin düzgün şəkildə başa düşülməsini təmin edəcəkdir.

Baxışların sayı: 13169