Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Müsahibə zamanı nə söyləməli?!

Müsahibə zamanı nələri söyləmək olar, nələri yox?!

1-ci hissə

Müsahibə zamanı insanın öz barəsində danışması elə də asan məsələ deyil. Bu məqalədə biz müsahibədə nələri söyləmək olar, nələri yox, bax, bundan söz açacağıq.

Əgər siz heç olmasa bir dəfə müsahibədə olmusunuzsa, onda “Özünüz barədə danışın” kimi hiyləgər sualdan yəqin ki, xəbərdarsınız. Nə danışmalı? Necə danışmalı? İşəgötürən nələri eşitmək istəyir? Məlum deyil.

Bu xahişdən çəkinmək lazım deyil: müsahibəni aparan insanın ən çox istədiyi şey sizin söhbətdən uğurla keçmənizdir. Və işəgötürənə də maraqlı gələn bilmək istədikləri şeylər olur. Lakin elə şeylər də var ki, onlardan ümumiyyətlə, söz açmağa dəyməz. İndi isə biz sizə nələri demək olar, nələri yox, ondan danışacağıq.

Bax: İşə necə düzəlmək olar (1-ci hissə)

Özünüz haqda məlumat verin xahişinə cavab verərkən, iki qaydanı unutmayın.

  1. Öz həyat tarixçənizi danışmayın.
  2. Sahibkar üçün faydalı ola bilən məlumatlardan söz açın.

Birinci qaydaya əməl etmək çox asandır. Həmsöhbətinizə sizin həyat tarixçəniz lazım deyil və o, heç də oturub bunları dinləməyə hazırlaşmır. Faydalı şeylərdən danışın. Bura daxildir:

• yaxınlarda əldə etdiyiniz peşəkar uğurlar;

• təhsil sahəsində nailiyyətləriniz;

• faydalı bacarıqlar;

• karyera ilə bağlı məqsədlər;

• şirkət sizi necə cəlb etdi.

Hər bir kateqoriyaya 30 saniyə ayırmaq arzuolunandır. Yekunda özünüzün təqdimatı üçün 2,5 dəqiqə alınır. Hər bir kateqoriya barədə isə bunları söyləmək lazımdır.

Yaxınlarda əldə etdiyiniz peşəkar uğurlar.

Olar:

• 3-5 son nailiyyət.

• Düzəlmək istədiyiniz vəzifədə müvəffəqiyyətlərinizi misal çəkin.

• Təcrübə, təcrübə, təcrübə.

Bu hissə ən vacib olanıdır. Ona görə də əvvəlcədən və çox diqqətlə hazırlaşmaq lazımdır. Düşüncə xəritəsi də hazırlaya bilərsiniz.

Olmaz:

• Bütün CV-ni nəql etmək. (Bax: CV-də qeyd edilməməli 20 nüans)

• Təcrübəniz barədə boşboğazlıq etmək.

• Peşənizə aid olmayan nailiyyətlərdən söz açmaq.


 

Baxışların sayı: 12725