İşə necə düzəlmək olar?? (1-ci hissə)
Bizim işə düzəlməklə bağlı tövsiyələrimizə əməl etsəniz, siz çoxdan arzuladığınız vakansiyanı hökmən əldə edəcəksiniz.
Arzu etdiyin işi, xüsusilə də böhran dövründə tapmaq elə də asan məsələ deyil.
Dünənin tələbəsisinizsə və təcrübəniz də yoxdursa, onda sizin şanslarınız ümumiyyətlə, sıfıra bərabər olur. Bütün bunlara baxmayaraq, vaxtından əvvəl əllərinizi yanınıza sallamağa və ya ilk rastınıza çıxan və az maaşlı işə razılaşmağa lüzum yoxdur.
Biz bu saytı insanlara kömək etmək üçün açmışıq. Misal üçün, burada sizə işə necə düzəlməyinizi öyrənmək üçün zəmanət verilir.
Bundan ötrü lazım olan hər bir şey bunlardır: düzgün vakansiya seçimi, rezyumenin (CV) savadlı tərtib olunması və uğurlu müsahibə.
İşə düzəlməklə bağlı ümumi tövsiyələr
Bizə elə gəlir mövzuya məhz, ümumi tövsiyələrdən başlamaq lazımdır, hansı ki, bunlar işə düzəlmək istəyənlərin dəqiq köməyinə çatacaq.
- İş həmişə var.
Hətta ən ağır böhran zamanı belə işə düzəlmək mümkündür.
Bunu özünüzə müqəddəs sözü kimi təkrarlayın.
- Məhz, nə ilə məşğul olmaq istədiyinizi müəyyənləşdirin.
- Müsabiqə iştirakçılarının ən geniş yayılmış səhvi – hər hansı bir şeyə (iş nəzərdə tutulur) razılaşmaqdır.
- Təcrübənizin olmamasından qorxmayın, ən çox uğursuz təcrübədən, daha dəqiqi, bu haqda yeni sahibkarın xəbər tutacağından qorxun.
- Qəpik-quruşdan ötrü yalnız qorxduğunuz üçün işləməyə razılaşmayın: artıq heç kim təklif etməyəcək.
Uzun müddət aşağı ödənişli vəzifədə qalmaq bir çox karyeraların məhvinə gətirib çıxarıb.
Müəyyən zaman ərzində az maaşlı işə yalnız o halda razılaşmaq olar ki, sizə məhz, həmin şirkətlərdə təcrübə qazanmaq lazım olsun.
- Sizə təkcə öz dəyərinizi deyil, həm də çatışmazlıqlarınızı da bilmək çox vacibdir ki, bunları gizlədə biləsiniz.
- Əlaqələrinizdən istifadə etməkdən çəkinməyin: dostlara, qohumlara və tanışlara müraciət edin, onlar sizin işə düzəlməyinizə kömək edə bilərlərmi?
- Öz peşə bilikləriniz sırasında boşluqlar varsa, onları doldurun.
- Öz ixtisasınız üzrə iş tapa bilmirsinizsə və ya həmin sahədə bir daha çalışmaq istəmirsinizsə, öz peşənizi dəyişdirməkdən qorxmayın.
Məqalə haqqında
Baxış sayı
13246
Oxşar məqalələr
Accounting AZ Mühasibat üzrə təcrübə proqramı elan edir
08.08.2025
Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir (1-ci hissə)
20.05.2021
CV geniş və ya qısa olmalıdır?
25.05.2019
Hər şeyi kadrlar həll edir (3-cü hissə)
25.04.2019
CV yazarkən nələri etməyi dayandırmalıyıq?
12.04.2019
Hər şeyi kadrlar həll edir (2-ci hissə)