Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İşinizi dəyişməyin vaxtı çatıb - 20 əlamət (II hissə)

Yeni iş tapmağın vaxtı çatmasının 20 əlaməti

2-ci hissə

Bu gün əmək bazarı əmək haqqı səviyyəsinə görə geniş diapazonda böyük rəngarənglikdə vakansiyalar təklif edir. Bayağı səslənməsə də, pul – hələ hər şey demək deyil. Və hətta ən prestijli şirkətlərdə çalışmaq belə sizə ruhi rahatlıq və karyera yüksəlişi ilə bağlı zəmanət vermir. Əgər, bu məqalədə qeyd edilən əlamətlərdən biri həyatınızda mövcuddursa, sizə mütləq şəkildə iş yerinin dəyişdirilməsi üzərində düşünmək gərəkdir.

  • Siz stress hiss edirsiniz

Bu gün daha çox insan daim narahatlıq və hətta panika hissindən şikayət edirlər. Bəlkə siz də onlardan birisiniz? Əgər belədirsə, onda məqalənin bu bölümünə xüsusi ilə diqqət yetirin. Baxmayaraq ki, qeyri-adi heç nə baş vermir, amma, həyəcan daim sizin yol yoldaşınızdırsa, onun səbəbsiz yerə baş qaldırmasını düşünməyin. Çox yəqin ki, bu sizin işinizlə bağlıdır, görünür o, sizdən ötrü adiləşib və bezikdirici olub.

Təbii ki, psixoluqun və ya sakitləşdirici dərmanların köməyinə (yəqin siz onlardan artıq istifadə etmisiniz) əl atmaq olar. Lakin, bu vasitələr yalnız simptomlarla mübarizə aparır. Əgər narahatlıq sizdə lap səhər tezdən baş qaldırırsa və axşamlar siz ofisdən çıxan kimi nəhayət qurtulmaq üçün sığınacağınıza (evinizə, idman zalına və ya bara) tələsirsinizsə - bu başqa iş yeri axtarışı üçün lazımi işarədir.

  • Siz tez-tez xəstələnirsiniz

Bəzi hallarda stress daha mənfi nəticələr gətirib çıxara bilər: pis əhvali-ruhiyyə adi hala çevrilir, xroniki xəstəliklər inkişaf edir. Amma, korlanan ekologiyadan şikayət etməkdən və “qocalıq da bir şey deyil” kimi deyimləri söyləməkdən əvvəl, fikirləşin, siz həqiqətənmi pis qidalanırsınız və ya az istirahət edirsiniz? Əgər bu belədirsə - onda dəyişiklik etməyə səy göstərin. Lakin, dostlarınızın sizin kimi olmadığını, həmişəki kimi güclü olduqlarına təəccüblənirsinizsə və uşaq vaxtı elə də zəif olmadığınızı bilirsinizsə, taktikanı dəyişdirmək lazımdır. Bu dəfə özünüzü deyil, ətrafdakı aləmi dəyişdirməyi sınaqdan keçirin – iş yerini dəyişdirməkdən başlayın.

  • Siz şirkətinizin ideyalarını bölüşmürsünüz

Əgər sizə elə gəlirsə ki, şirkətiniz tamamilə başqa cür işləməlidir, belədə rəhbərliklə birgə eyni məqsədə doğru irəliləmək çox mürəkkəb olacaq.

İşdə hökm sürən korporativ ruh, əxlaq prinsipləri və etik normalar, siz nə qədər ört-basdır etmək istəsəniz belə, “sürü” sizi qəbul etməyəcək.

Hər şeyin necə təşkil olunduğuna dair sizin öz baxışlarınızın olması haqqınız var. Lakin, həmin baxışları aqressiv şəkildə ümumi qaydalara qarşı qoymaq olmaz. Və özünüzə öz tanışlarınız arasında iş axtarın.

  • Balansa çata bilmirsiniz

Siz daim işlə ailəniz arasında vurnuxursunuz, hər ikisinə lazımi şəkildə diqqət çatdıra bilmirsiniz. Ailənizlə çox vaxt keçirdikdə, rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirə bilmirsiniz. İşə çox vaxt ayırdıqda isə yaxınlarınıza zamanınız qalmır. Görünür, sizdə “iş-şəxsi həyat” balansı ilə bağlı problemlər meydana çıxıb. Dərindən nəfəs alın və ayıq şəkildə etiraf edin: sizə özünüzü başqa bir vəzifədə sınaqdan keçirmək lazımdır. Və yaxşı olardı ki, bu rəisinizin və ya doğmalarınızın deyil, öz qərarınız olsun.

  • Məhsuldarlığınız aşağı düşüb

Əgər siz qarşınıza qoyulan tapşırıqların öhdəsindən gəlirsiniz, lakin hiss edirsinizsə ki, məhsuldarlığınız aşağı düşüb, onda nələrisə dəyişdirməyin zamanıdır. Məhsuldarlığın yüksəldilməsinə dair məsləhətlər tapmaq elə də çətin məsələ deyil. Lakin, bütün bu ideyalarda özünü inkişafa, motivasiyaya və şəxsiyyətin yüksəlməsinə diqqət yetirin – ölçünü bilin və hədəfləri düşünün. Əgər siz biznes-məşqçi olmaq istəyirsinizsə, onda başqa istiqamətə baxmalısınız. Məhz, sizin peşəkar maraqlarınız istiqamətinə. Lakin, ola bilsin ki, başqa bir vəzifədə və ya başqa bir şirkətlərdə.

1-ci hissəni oxumaq üçün bu linkə daxil olun.

Baxışların sayı: 12488