Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İşinizi dəyişməyin vaxtı çatıb - 20 əlamət

Yeni iş tapmağın vaxtı çatmasının 20 əlaməti

1-ci hissə

Bu gün əmək bazarı əmək haqqı səviyyəsinə görə geniş diapazonda böyük rəngarənglikdə vakansiyalar təklif edir. Bayağı səslənməsə də, pul – hələ hər şey demək deyil. Və hətta ən prestijli şirkətlərdə çalışmaq belə sizə ruhi rahatlıq və karyera yüksəlişi ilə bağlı zəmanət vermir. Əgər, bu məqalədə qeyd edilən əlamətlərdən biri həyatınızda mövcuddursa, sizə mütləq şəkildə iş yerinin dəyişdirilməsi üzərində düşünmək gərəkdir.

  • Sizdə həvəs çatışmır.

Siz qabaqda duran iş günü ilə bağlı son dəfə həyəcansız və əsəbsiz yatağınızdan nə vaxt qalxdığınızı yəqin ki, artıq xatırlamırsınız. Bu vəzifəyə düzələrkən, qarşınızda yeni perspektivlər və əməkdaşlıq imkanları açılmasından doğan sevinc hissləri artıq çoxdan arxada qalıb. İş sizdə daha çox ətalət və mühafizəkarlıq ilə assosiasiya olunur. Həyatınızda bunu hiss edirsinizmi? O səbəbdən yeni iş axtarmaq üzərində düşünməyə dəyər.

  • Siz xoşbəxt deyilsiniz.

Ola bilsin, hər şey daha pisdir: siz yeni günlə bağlı nəinki sevinmirsiniz, hətta hər səhər özünüzü bədbəxt hiss edirsiniz. Böyük ehtimalla bütün bunların günahı sizin işinizdir, hansı ki, bütün zamanınızı buna həsr edirsiniz. Bunda nə sizin müdirləriniz, hə də sizin həmkarlarınız təqsirkardır. Ola bilsin ki, siz kollektivdə öz yerinizi tapa bilməmisiniz.

Lakin, bu o demək deyil ki, siz son günlərinizə qədər əzab çəkməlisiniz.

Öz səhvlərinizdən nəticə çıxarın və gələcəyə baxın. Daha cəlbedici vakansiya tapın və qoy yeni işiniz sizdən ötrü fərəh mənbəyi olsun.

  • Sizin şirkət məhvə məhkumdur

Bəzən bizdən asılı olan gücümüz çatan hər bir şeyi edirik, lakin vəziyyət bütün hallarda yaxşılığa doğru dəyişmir. Əgər siz şirkətinizin çökdüyünü ayıq şəkildə dərk edirsinizsə, onunla birlikdə batmağa dəyməz. Qürubu gözləməyin, - yeni iş axtarışına elə indi başlayın ki, sonra CV-də mövcud olmayan iş yerini göstərmək lazım gəlsin.

  • Həmkarlarınız heç xoşunuza gəlmir

Həmkarlarınız və rəis – bunlar həyatınızın böyük hissəsini birlikdə keçirdiyiniz adamlardır. Əgər, yuxuya, tıxaclara, mağazalara gedişlərə sərf etdiyiniz vaxtı çıxsanız, mahiyyətcə onlar demək olar ki, daim sizinlə birlikdə olurlar. Yüksəlişlər, enişlər, sevincli və kədərli anlarınızda belə. Çox yəqin ki, onlar sizin adi məzuniyyətdən və ya xəstəliklə bağlı məzuniyyətdən işə nə vaxt dönəcəyinizi (gəlin, həqiqi motivlərə varmayaq) səbirizliklə gözləyirlər. Ona görə, əməkdaşları sizin xoşunuza gəlməyən şirkətdə qalıb işləməyin mənası yoxdur.

Hətta əgər iş ürəyinizdən olsa belə, həmkarlarla normal əlaqələriniz yoxdursa, tez və ya gec bu sizin karyeranızda öz neqativ rolunu oynayacaq.

Düşünün, hansı adamlarla sizə həqiqətən ünsiyyət qurmaq sevinc gətirir. Və ora, həmin adamların işlədiyi yerə yollanın. Belə də həyat daha xoş olar.

  • Sizin rəisiniz yalnız yuxarı baxır

Çox vaxt öz yüksəlişinin qayğısına qalan rəhbəriniz diqqətini yalnız özündən yuxarıda duran rəhbərliyə yönəldir, tabeçiliyində olanlara isə lazım olan dəstəyi vermir. Belə hallar istisna deyil. Amma, bu cür siyasət müsbət nəticələrə gətirib çıxarmır. Komanda ilə  məhsuldar iş ümumi nəticədə hər bir şəxsin maraqlı olmasında  özünü göstərir. Müdirinizin yalnız özünə oynadığını hiss edirsinizmi? Özünüzü aldatmayın – siz burada uğura çata bilməyəcəksiniz.


 

Baxışların sayı: 12668