Bir işi necə əldə etməli? (2-ci hissə)
Bir iş yerini necə əldə etmək haqqında 25 məsləhət
2-ci hissə (1-ci hissəni oxumaq üçün bu keçidə daxil olun)
Hal-hazırda məşğulluq sistemi artıq bir sıra qanunlar külliyyatı xarakteri almışdır və bunlara əməl etməklə, 100 faiz işə düzəlmək mümkündür. Bir işi necə əldə etmək olar, işəgötürənlə necə söhbət etməli və nələr barədə susmaq lazım gəlir – bütün bunlar barədə bugünkü məqalədə.
- Sizə komfortlu olan yerdə işləyin
İlk müsahibəyə gəldiyiniz zaman rəhbərliyin davranışı və daxili qaydalar xoşunuza gəlmirsə, özünüzü sındırmağa cəhd etməyin. Siz burada qısa müddətə uyğunlaşa bilərsiniz, sonra yenə eniş və ruh düşgünlüyü yaranacaq, ardınca isə yenidən təzə iş yeri axtarışına çıxmalı olacaqsınız.
- Özünüzün zəif tərəflərinizi öyrənin
Öz karyera uğursuzluqlarınızı izah etməyi bacarın. Amma, onlara görə təqsiri başqalarının üzərinə yıxmayın – diqqətlə baxın, nələri edə bilməmisiniz, nələri düşünə bilməmisiniz, nələri deyə bilməmisiniz və bütün bunlar səhvlərə və uğursuzluqlara gətirib çıxarıb. Müvəffəqiyyət qazanmağınıza mane olan şeyləri aşkara çıxarın. Əgər bu haqda soruşarlarsa, müsahibə zamanı bu dəlillərinizi bölüşə bilərsiniz. Bu cür əməkdaşları həmişə dəyərləndirirlər.
- Keçmiş həmkarlarınız barədə heç vaxt yaxşı olmayan şeylər danışmayın
Müsahibə zamanı sizdən keçmiş işinizlə bağlı soruşarlarsa, hətta incidilmisinizsə belə, həmkarlarınızı və rəhbərliyi pis sözlərlə bəzəməyin. Yeni müdir bu davranışınızı yaxşı qarşılamayacaq və çox güman ki, o, sizə vəzifə verməkdən imtina edəcək.
- Uğurlarınızdan söz açarkən, faktlar gətirin
Hətta uğurlarınız kifayət qədər çoxdursa belə, yalnız təsdiq edə biləcəklərinizdən söz açın. Bu cür siz boşboğaz olmadığınızı təsdiq etmiş olacaqsınız. Lovğalanmağa tələsməyin – müvəffəqiyyətlərinizlə əlaqəli yeri gəldikcə söz açın: yalnız konkret suala cavab verdikdə, ya da öz işinizin xüsusiyyətləri barədə danışmaq lazım gəldikdə.
- Təcrübənizi nümunələrlə təsdiq edin
Müsahibə zamanı əvvəlki işinizin nədən ibarət olduğunu soruşduqda, bu haqda konkret misallarla söz açın. İşlə bağlı bu və ya digər hallarda nə etdiyinizi, nə söylədiyinizi və bunların nəyə gətirib çıxardığını söyləyin. Lakin, çox dərinə getməyin, detallarla həmsöhbətinizi dolaşdıra bilərsiniz.
- Həddən artıq ürəksiz olmayın
Müsahibə - bu işgəncə deyil, hətta imtahan da deyil. Bu iki sövdələşən tərəfin bərabər hüquqlu dialoqudur. O səbəbdən özünüzü buxovlanmış hiss etmək, qızarmaq və duruxa-duruxa danışmaq lazım deyil. Özünüzdə əminlik yaradın, axı, yalnız özünə dəyər verənləri layiqincə qiymətləndirirlər.
- Əmək müqaviləsinə diqqət yetirin
Hökmən əmək müqaviləsi ilə tanış olun və vəzifə təlimatlarını göstərməyi xahiş edin. Onları diqqətlə oxuyun – bu formallıq deyil! Həmin sənədlərin köməyilə müdiriniz sizin üzərinizdə manipulyasiya edə bilər. Sizin işə düzəlməyinizlə bağlı bütün detalları dəqiqləşdirməkdən utanmayın: nə qədər və nə zaman ödəniş ediləcək, bunu necə edəcəklər, iş qrafiki necədir və s.
- Müsahibələrdə yalan danışmayın
Narahatedici suallara hazır olun: misal üçün, sizi köhnə iş yerindən niyə çıxarıblar. Lakin, yalan söyləməyin. Yalanın üstü açıla bilər və bu sizin CV-nizə xələl gətirə bilər. İşəgötürənlər başa düşəcəklər ki, sizinlə heç əlaqə qurmasalar daha yaxşıdır. Hətta sizdən ötrü xoşagəlməz vəziyyət yarandıqda belə, hər şeyi olduğu kimi danışın – bu sizin gücünüzü və özünüzə əminliyinizi təsdiq edəcək.
Məqalə haqqında
Baxış sayı
13217
Oxşar məqalələr
Accounting AZ Mühasibat üzrə təcrübə proqramı elan edir
08.08.2025
Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir (1-ci hissə)
20.05.2021
CV geniş və ya qısa olmalıdır?
25.05.2019
Hər şeyi kadrlar həll edir (3-cü hissə)
25.04.2019
CV yazarkən nələri etməyi dayandırmalıyıq?
12.04.2019
Hər şeyi kadrlar həll edir (2-ci hissə)