Bir işi necə əldə etməli? (1-ci hissə)
Bir iş yerini necə əldə etmək haqqında 25 məsləhət
1-ci hissə
Hal-hazırda məşğulluq sistemi artıq bir sıra qanunlar külliyyatı xarakteri almışdır və bunlara əməl etməklə, 100 faiz işə düzəlmək mümkündür. Bir işi necə əldə etmək olar, işəgötürənlə necə söhbət etməli və nələr barədə susmaq lazım gəlir – bütün bunlar barədə bugünkü məqalədə.
- İş həmişə var
Hətta böhranlar zamanı da layiqli iş təklifləri tapmaq mümkündür, odur ki, panikaya düşüb, özünüzü qorxutmayın. Bir şeyi bilmək lazımdır, işi harada axtarmalı. Qərarsızlıq nümayiş etdirməyin, sizə nə lazım olduğunu ayırd edin və yalnız bundan sonra CV-ləri göndərin, sizi maraqlandıran şirkətlərə zəng edin. Təsəvvür edin, iş yeri sizdən ötrü məqsəddir. Bu məqsədlərin siyahısını tərtib edin və onları bir-bir dişinizə vurun. Qoy müvəqqəti uğursuzluq sizin axtarışları davam etdirməyinizə mane olmasın, iş axtarışı həmişə uzun sürən bir proses olub, xüsusilə də ağır zamanlarda.
- Yüzlərlə CV göndərməyin
Özünüz barədə məlumatları yüzlərlə şirkətlərə göndərməyə və onları vakansiyalarla bağlı saytlarda yerləşdirməyə tələsməyin. Bu sizin reputasiyanıza xələl gətirə bilər. Gələcək işəgötürənlər görəcəklər ki, siz özünüz hələ nə istədiyinizi, necə fəaliyyət göstərmək istədiyinizi bilmirsiniz və onlar sizi öz şirkətlərinə işə götürməyəcəklər.
- Nə istədiyinizi müəyyən edin.
Nə qədər ki, hansı işi tapmaq istədiyinizi müəyyən etməmisiniz, sizin axtarışlarınız bəhrəsini verməyəcək. Bundan əlavə, dəqiq başa düşməlisiniz ki, hansı məvacibə iddia edirsiniz və hansı iş qrafiki sizi qane edir. Yalnız bu suallara özünüz üçün cavab tapdıqdan sonra, əlverişli iş yeri tapa bilərsiniz.
- Üç qəpik üçün çalışmaq – karyeranızı məhv edə bilər
Hətta işsiz olsanız belə, aşağı maaşlı işə razı olmayın. Əməkhaqqı bazara görə ya orta səviyyədə, ya da bundan yüksək olmalıdır. Bundan aşağı heç vaxt olmamalıdır. Aşağı məvacibli işə bir dəfə razılaşmaqla siz heç vaxt yüksək maaşlı işə iddia edə bilməyəcəksiniz.
- Bir neçə CV hazırlayın
Bu CV-lər müxtəlif vəziyyətlər və müxtəlif işəgötürənlərlə bağlı lazım ola bilər: mümkündür ki, hardasa bir cür faktlar, digər yerlərdə isə başqaları mühümlük təşkil edə bilər. Amma, unutmayın ki, bu CV-dəki məlumatlar həqiqi olmalıdır, yalnız diqqətə çatdırılma bir qədər fərqli ola bilər.
- Öz dəyərinizi bilin
Müsahibəyə getməzdən öncə əmək bazarında öz qiymətinizi ayıq dəyərləndirin. Bunu sadəcə öz təcrübənizi, öz işiniz qismində həll etdiyiniz tapşırıqları təhlil etməklə yerinə yetirmək olar. Başlıcası – özünüz özünüzü aldatmağa çalışmayın. Təkcə uğurları deyil, müvəffəqiyyətsizlikləri də xatırlayın. Bir tapşırığın öhdəsindən necə gəldiyinizi nəzərdən keçirin və sonra isə sizin kimi mütəxəssislərə nə qədər maaş təklif olunduğuna baxın. Birini digəri ilə müqayisə edin – nə qədər ala biləcəyinizi aydınlaşdırın. Belədə əməkhaqqı ilə bağlı tez dil tapa bilərsiniz.
- Mürəkkəb tapşırıqlardan qorxmayın
Yeni iş yerini seçərkən, ən yaxşısı bundan əvvəlki iş yerində üzərinizə götürdüyünüz məsuliyyətdən daha böyük məsuliyyət götürə biləcəyiniz, eləcə də daha mürəkkəb tapşırıqları yerinə yetirə biləcəyinizlə bağlı təkliflərə baxmağınız məsləhətdir. Bir vəzifədən, eyni ilə oxşar bir vəzifəyə keçməyə lüzum yoxdu – uzunmüddətli perspektivi düşünmək lazımdır. Hər şeyin və hər günün sakit olduğu şirkət və vəzifə - cansıxıcıdır, sizin karyerada irəliləmənizi yüksəltmir, əksinə bazarda sizin dəyərinizi aşağı salır və sonrakı iş yeri axtarışlarınızı mürəkkəbləşdirir.
- Startup – yaxşı variantdır
Yeni layihə bu riskdir, amma həm də perspektivdir. Yenicə inkişaf etməkdə olan şirkətə işə düzəlməklə siz çox tez əla karyera qura bilərsiniz. Lakin seçimlə bağlı səhvə yol verməyin: təklifə razılaşmazdan əvvəl nə dərəcədə ciddi bir komandanın toplanıldığına və öz qarşısına hansı hədəfləri qoyduğuna diqqət yetirin.
Məqalə haqqında
Baxış sayı
14094
Oxşar məqalələr
Accounting AZ Mühasibat üzrə təcrübə proqramı elan edir
08.08.2025
Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir (1-ci hissə)
20.05.2021
CV geniş və ya qısa olmalıdır?
25.05.2019
Hər şeyi kadrlar həll edir (3-cü hissə)
25.04.2019
CV yazarkən nələri etməyi dayandırmalıyıq?
12.04.2019
Hər şeyi kadrlar həll edir (2-ci hissə)