Müsahibə zamanı nə söyləməli? (3-cü hissə)
13104 baxış
- Müsahibə zamanı nələri söyləmək olar, nələri yox 3-cü hissə (2-ci hissə) Karyera məqsədləri Olar:
- Məqsədlərinizi söyləyin, hansı ki, şirkət bunlara çatmaqda sizə kömək edə bilər.
- Hədəflər barədə söz açın, hansı ki, bu sizin gələcəklə bağlı düşündüyünüzü göstərəcək.
- Stabillik və karyera yüksəlişi istədiyinizi ortaya qoyun. Olmaz:
- Həyati məqsədlər barədə (ev almaq istəyirəm, istəyirəm uşaqlarım olsun) danışmaq.
- Şirkətin kömək edə bilməyəcəyi məqsədlərdən söz açmaq.
- Səriştəsizliyinizi nümayiş etdirən şeylərdən danımaq. İnsanda dəqiq karyera məqsədləri olmadıqda, kənardan o, etibarsız görünür. Öncədən öz məqsədlərinizi dəqiqləşdirin ki, sual sizi qəfil yaxalamasın. Şirkət sizi niyə maraqlandırıb Olar:
- Şirkətin sizə necə kömək edə biləcəyindən söz açın.
- İşdəki ab-havadan xoşlandığınızı söyləyin.
- Özünüzü gələcəyin şirkətində gördüyünüzə işarə vurun. Olmaz:
- Maaş barədə danışmaq.
- “Mənə sadəcə iş lazımdır” söyləmək.
- Burada yaxşı insanlar olduğuna görə işləmək istəyirəm söyləmək. Özünüz haqda tarixçəni yuxarıda göstərilən qaydalar əsasında hazırlasanız, siz özünüzü yersiz fasilələrdən xilas etmiş olacaqsınız və sahibkarı da lazımsız olan məlumatları dinləməyə vadar etməyəcəksiniz ki, bu da mühasibədə sizin şanslarınızı xeyli yüksəldəcək.
Məqalə haqqında
Baxış sayı
13104
Oxşar məqalələr
Accounting AZ Mühasibat üzrə təcrübə proqramı elan edir
08.08.2025
Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir (1-ci hissə)
20.05.2021
CV geniş və ya qısa olmalıdır?
25.05.2019
Hər şeyi kadrlar həll edir (3-cü hissə)
25.04.2019
CV yazarkən nələri etməyi dayandırmalıyıq?
12.04.2019
Hər şeyi kadrlar həll edir (2-ci hissə)