Müsahibə zamanı nə söyləməli? (2-ci hissə)
13149 baxış
- Müsahibə zamanı nələri söyləmək olar, nələri yox 2-ci hissə (1-ci hissə) Təhsil sahəsində nailiyyətlər Olar:
- İzah edin, bacarıqlarınız vəzifələrinizin öhdəsindən gəlməkdə sizə necə kömək edəcək.
- Son iş yerində nələri öyrənmisiniz, bundan danışın.
- Ən böyük layihə üzərində işləyərək hansı təcrübəni qazanmısınız. Olmaz:
- Öz təhsilinizin bütün bölmələri üzrə (məktəb, universitet, kurslar) keçid etmək.
- CV-ni nəql etmək.
- Faydasız bacarıqlardan söz açmaq. Əgər siz öz işinizdə peşəkarsınızsa, iştirak və çıxış etdiyiniz hər bir kurs, konfrans və prezentasiya barəsində danışmağa lüzum yoxdur. Bunun əvəzində yeni iş yerində sizə lazım ola biləcək faydalı bacarıqlara köklənməniz daha yaxşı olardı. Faydalı vərdişlər Olar:
- 2-4 faydalı məharətinizi hazırlayın.
- Onların praktikada necə kömək edəcəyindən danışın.
- Bu bacarıqları necə əldə etmənizdən söz açın. Olmaz:
- Bacarıqlarla bağlı yalan danışmaq.
- İşə aid olmayan bacarıqlardan (mənim rok-qrupum var idi, mənim rəsmlərimi sərgidə nümayiş etdiriblər) söz açmaq.
- Yalan danışmaq. Sahibkar əgər sizi işə almaq istəyirsə, çox yəqin ki, bütün əlçatan məlumatları yoxlayacaq. Buna görə öz qabiliyyətlərinizlə bağlı yalan söyləmək və ya onları şişirtməyə gərək yoxdur. Ən yaxşısı bildiyiniz 2-4 bacarığı seçin və onları yaxşı şəkildə təqdim edin.
Məqalə haqqında
Baxış sayı
13149
Oxşar məqalələr
Accounting AZ Mühasibat üzrə təcrübə proqramı elan edir
08.08.2025
Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir (1-ci hissə)
20.05.2021
CV geniş və ya qısa olmalıdır?
25.05.2019
Hər şeyi kadrlar həll edir (3-cü hissə)
25.04.2019
CV yazarkən nələri etməyi dayandırmalıyıq?
12.04.2019
Hər şeyi kadrlar həll edir (2-ci hissə)