İşə necə düzəlmək olar? (3-cü hissə)
13007 baxış
- Bizim işə düzəlməklə bağlı tövsiyələrimizə əməl etsəniz, siz çoxdan arzuladığınız vakansiyanı hökmən əldə edəcəksiniz. Müsahibəyə hazırlıq İstənilən müsahibəyə hazırlaşmaqdan ötrü hazırlıq mərhələsi lazımdır, bu olmadan işə düzəlmək olduqca çətindir:
- İşə düzəlməyə iddia etdiyiniz şirkətlər barədə nə qədər mümkünsə bir o qədər çox məlumat toplayın ki, müsahibədə öz məlumatlılığınızı və artıq hazır ideyalarla gəldiyinizi nümayiş etdirə biləsiniz.
- Mühasibələr zamanı ən geniş yayılmış suallara cavablar hazırlayın.
- Məşq edin, kabinetə necə daxil olacaqsınız, necə gülümsəyəcəksiniz, necə salamlaşacaqsınız, nə deyəcəksiniz, necə oturacaqsınız və s. - Öz obrazınızı öncədən düşünüb-daşının: kostyum, manikür, makiyaj, ətir və ya odekalon qoxusu və s. Seçdiyiniz kostyumun qaydasında olduğuna əmin olun (bütün düymələr yerindədir, ləkə yoxdur), corabınız süzülməyib, hər ehtimala qarşı özünüzlə yeni, təmiz corablar və s. götürün. - Ofisə çatmaq üçün lazım olan vaxtı düzgün seçin (vaxtından çox əvvəl gəlmək lazım deyil və gecikmək də olmaz) və bunun üzərinə fors-major vəziyyətlər üçün 15-20 dəqiqə əlavə edin. Müsahibə ilə bağlı video-roliklər olur, məşq zamanı onlardan da yararlanmaq olar. Müsahibə zamanı etmək bunları olmaz: - Utanmaq və özünə qapılmaq. - Potensial iş sahibi ilə nazla danışmaq. - Əvvəlki rəhbərlik barədə iyrənc şeylər danışmaq. - Elə kandardan bu kimi suallar vermək olmaz: “Siz mənə nə qədər əməkhaqqı verəcəksiniz?” “Sizdə işdən tez getmək olur?”, “Karyerada yüksəlməyə nə qədər vaxt ərzində ümid edə bilərəm?”, “Xəstəlik vərəqəsinə və dekretə görə ödəniş edilirmi?” - Razılaşırıq, bu suallardan bəziləri çox mühümdür (məsələn, maaş və sosial zərf), lakin, bu sualları verməzdən öncə rəisdə yaxşı təəssürat oyatmaq lazımdır. - Yersiz zarafatlar etmək, lazımsız yerə qəh-qəhə çəkmək və özünü sırtıqcasına aparmaq. - Öz nailiyyətlərinizlə bağlı yalanlar uydurmaq. - Rəisin sözünü kəsərək, dil boğaza qoymamaq və ya onun suallarına qısa cavab verib, susmaq. Düşünürük ki, işə necə düzəlməklə bağlı bu tövsiyələr həqiqətən sizlərə arzu etdiyiniz vakansiyaları əldə etməkdə kömək edəcək.
Məqalə haqqında
Baxış sayı
13007
Oxşar məqalələr
Accounting AZ Mühasibat üzrə təcrübə proqramı elan edir
08.08.2025
Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir (1-ci hissə)
20.05.2021
CV geniş və ya qısa olmalıdır?
25.05.2019
Hər şeyi kadrlar həll edir (3-cü hissə)
25.04.2019
CV yazarkən nələri etməyi dayandırmalıyıq?
12.04.2019
Hər şeyi kadrlar həll edir (2-ci hissə)