Bizim işə düzəlməklə bağlı tövsiyələrimizə əməl etsəniz, siz çoxdan arzuladığınız vakansiyanı hökmən əldə edəcəksiniz.
İşə necə düzəlməli: artıq vakansiyaların ələnməsi
İşlə bağlı axtarış kadrlar üzrə agentliklərdə, tematik saytlarda, sizin ünsiyyət dairənizdə sərbəst vakansiyaların öyrənilməsi ilə başlanılır.
Dərhal dalandardan başlamış supermarketin şöbə rəisi vəzifəsinə kimi bütün potensial iş yerlərindən ibarət üç səhifəlik siyahı tərtib etməyə lüzum yoxdur.
Öncə hansı vəzifəyə iddia etdiyinizi, hansı variantların sizə daha çox uyğun gəldiyini müəyyənləşdirin və təəssüflənmədən bütün artıq vakansiya yerlərini ələkdən keçirin.
İlkin olaraq ondan çox olmayan ən cəlbedici və perspektiv variantları saxlayın və onları araşdırmağa başlayın.
Belə etsəniz, öz vaxtınızı və gücünüzü sizi elə də çox maraqlandırmayan vakansiyalara sərf etməzsiniz.
Daha bir sirr: bir çoxları (xüsusilə də iş təcrübəsi olmayan məzunlar) iri şirkətlərdən nəsə çəkinirlər, lakin bu, böyük yanlışdır.
Kiçik şirkətdə sizi öyrətməyə vaxtı olan birini tapmaq çox çətin olacaq, orada hamı yalnız təcrübəli əməkdaşları gözləyirlər ki, dərhal çalışmağa başlasın.
Məhz, böyük şirkətlərdə gözə çarpmadan sizə lazım olan biliklərə, bacarıq və vərdişlərə yiyələnə bilərsiniz, özü də bu cür yerlərdə karyerada irəliləyiş daha realdır.
İşə necə düzəlməli: rezyume (CV)
Savadlı tərtib olunan CV – uğurun yarısıdır.
Əgər siz gələcək sahibkarınıza 10 səhifədən ibarət ağılsız bir sənəd göndərsəniz, hansı ki, bu sərbəst şəkildə inşa yazısına bənzəyir, bu ona çətin ki, maraqlı gəlsin.
Yaxşı CV – sənəd, hansı ki, belə olmalıdır:
• bir səhifəyə sığışmalıdır;
• gələcək işə götürənə sizi ən yaxşı tərəfdən göstərməlidir;
• barənizdə konkret məlumatlardan ibarət olmalıdır: təhsil, iş təcrübəsi, bacarıqlar;
• dəqiq struktura malik olmalı və asan oxunmalıdır;
• fotoşəkil hökmən olmalıdır.
Universal CV-lər tərtib edib, onları hamıya göndərməyə gərək yoxdur.
Hər bir sənəddə sizi digər iddiaçılardan fərqləndirən bir xüsusiyyəti göstərməyə cəhd edin.
İşə necə düzəlməli: ilk telefon zəngi
Əgər siz hər şeyi düzgün etmisinizsə və sizin CV-niz gələcək işəgötürənin xoşuna gəlibsə, sizə müsahibəyə gəlmək üçün hökmən zəng edəcəklər.
Lakin, bu zəngin arxasında müsahibəyə gəlişinizdən daha çox sizə, ümumiyyətlə, zaman ayırıb-ayırmamaqla bağlı adekvatlığınızın yoxlanılması arzusu dayanır.
CV-ni göndərdikdən sonra özünüzü psixoloji olaraq, belə telefon söhbətinə hazır edin ki, dəstəkdə bunları: “Salam, bu şirkətin kadrlar üzrə meneceridir..., biz sizin CV-nizi almışıq...”, eşitdikdən sonra qorxub heç nəyi korlamayasınız.
Sakit şəkildə və özünüzə əminliklə danışın, suallara aydın və qısa cavab verin, öz məziyyətləriniz barədə müsahibədə bülbül kimi ötərsiniz, telefon söhbətində buna lüzum yoxdur.
Əgər sizdən ötrü gün və vaxt təyin olunubsa, onu hər hansı bir ciddi səbəb olmadan ertələməyə çalışmayın, çünki bu cür məsuliyyətsiz əməkdaşlar heç kimə lazım deyil.
Baxışların sayı: 12858