Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Həmkarların yanında nələri deməməli? (2-ci hissə)

Həmkarların yanında nələri heç vaxt demək olmaz (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Sizi heç vaxt heş kim bunu öyrətməyib. Esquire nəşrinin redaktoru Ross Makkammon müsahibələr, ofis işlərinin xüsusiyyətləri və həmkarlar və müştərilərlə ünsiyyət barədə ağıllı, gülməli və faydalı bir kitab yazıb.  “Onlarda belə qəbul edilib” kitabından “iclaslarda özünü necə aparmalı və həmkarlara nələri demək olmaz”la bağlı bir hissəni diqqətinizə çatdırırıq.

Öz cümələrinizi heç vaxt “Hmm...” və “Bilirsinizmi...” frazaları ilə başlamayın. Bu cür deyimləri mülki təyyarə komandirlərinin öhdəsinə buraxın (“Bilirsinizmi, cənablar, biz elə indicə aeroportdakı qüllə ilə əlaqə saxlamışıq və vəziyyətimiz elə də yaxşı deyil”). “Hmm...” və “Bilirsinizmi...” sözlərindən sonra yaxşı nəsə gözləmək olmaz.

• - Mən filankəslə görüşmüşəm...

Sizin kiminlə görüşdüyünüz heç kimi maraqlandırmır.

• - Öz komandamla...

Aha, deməli belə, “öz komandanızla”.

• - Və biz tam əminik ki...

Allahım, axı, bu heç kimə maraqlı deyil!

Mən hətta bunu çap edən zaman əsnəyirəm.

Məgər siz hesab edirsiniz ki, bu müşavirə sizi, komandanızı dinləmək üçün, kimlərləsə müzakirə aparmağınızla bağlı söhbətlərə qulaq asmaqdan ötrü təşkil olunub? Allahım, necə də əla komandadır!

Budur sizdən ötrü sadə bir test: söylədikləriniz sizin özünüzə maraqlı gəlirmi? Yox? Onda dayan. Yarım frazada olsa sus.

Müxtəsərlik – mühüm dəyərdir. Müşavirələrdə ən səhv taktika isə susmaqdır.

Həmkarların əhatəsində nələri heç vaxt demək olmaz.

Bəzən mənə deyirlər ki, mən həddən ziyadə “narahat” oluram. “Düşünürəm ki, sən hər şeyi olduqca uzun zaman ərzində fikirləşirsən”, onların əksəriyyəti belə deyir. Ola bilsin ki, bu həqiqətən belədir, amma, mən hesab edirəm ki, “sən qərar vermək üzərində çox düşünürsən” ibarəsi adi işdə istifadə olunmamalıdır. Bu öz işinə və ya probleminə maksimum nəticə əldə etmək istəyi ilə yanaşan adamları sanki cəzalandırır.

Fikirləşirəm ki, başqalarını çox düşünməkdə qınayanların özləri çox ciddi düşünməyə meyilli deyillər. Deməli, onların ciddi fikirləri də olmur.

Baxışların sayı: 13004