Böhran dövründə iş yeri tapan 8 şəxs
Kompensasiya verilmədən işdən çıxarılma, maaşların gecikdirilməsi və ya eyni əməkhaqqına görə daha çox çalışmaq şəraitində karyera qurmaq elə də asan məsələ deyil. Biz arzuladıqları işi axtarıb tapa bilən bir neçə adamının əhvalatını sizdən ötrü bir yerə toplamışıq. İndi həmin əhvalatları sizə təqdim edirik.
Bir-birinə çox yaxın ixtisası tapmaq
Svetlana, 43 yaşında, kopirayter (prezentasiya və reklam xarakterli mətnlər yazan) işləyib, sonra universitetlərdən birinin informasiya siyasəti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə düzəlib.
“Böhrana qədər qəzetin reklam şöbəsində işləyirdim, lakin noyabr ayında məni ixtisara saldılar: satış aşağı düşmüşdü, proqnozlar isə vəziyyətin daha da pisləşəcəyindən xəbər verirdi. Həmin vaxt işə lap sonda qəbul olunanların hamısını ixtisara saldılar, yalnız yaşlıları saxladılar – zənnimcə elə düz də etdilər. Mən orada cəmi bir ay işləyə bildim. Dekabr ayında iş axtarışına çıxdım, tanışlarımdan iş yeri olub-olamaması ilə maraqlandım. Bəzi yerlərdən təkliflər gəlirdi, amma verəcəkləri maaş çox az idi.
Ali məktəbdə kurs yoldaşlarımdan birinin köməyilə vakansiya tapa bildim və fevral ayında artıq yeni iş yerinə düzəlmişdim. Hazırda universitetdə informasiya siyasəti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri işləyirəm. Hələ ki, diqqətlə bu dövlət işinin mənə uyğun gəlib-gəlməyəcəyi üzərində düşünürəm. Bu məndən ötrü tamamilə yeni formatda olan bir iş yeridir. Bax, beləcə indi mən vərdiş etdiyim KİV dünyasına gerimi qayıdacam və ya yeni iş şəraitinimi sevəcəm, bu haqda fikirləşirəm. Bütün hallarda isə tövsiyəm odur ki, iş yerini itirən kimi həyəcana düşməyin, inanın, bəlkə də elə bunun özü də yeni bir başlanğıc deməkdir”.
Məqalə haqqında
Baxış sayı
13308
Oxşar məqalələr
Accounting AZ Mühasibat üzrə təcrübə proqramı elan edir
08.08.2025
Əməkdaşlar dəyişikliklərə müqavimət göstərir (1-ci hissə)
20.05.2021
CV geniş və ya qısa olmalıdır?
25.05.2019
Hər şeyi kadrlar həll edir (3-cü hissə)
25.04.2019
CV yazarkən nələri etməyi dayandırmalıyıq?
12.04.2019
Hər şeyi kadrlar həll edir (2-ci hissə)