Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Arzuladığın işə necə düzəlməli??

İşləmək istədiyiniz şirkətdə sərbəst vakansiya yoxdur. Bu o deməkdir ki, potensial işəgötürənin diqqətini özünüzə elə çəkməlisiniz ki, onun özü sizdən ötrü yer tapmaqda maraqlı olsun. Görün, nədən başlamaq lazımdır.

Geniş yayılmış bir yanlışlıq mövcuddur ki, əgər vakansiya ilə bağlı hansısa məlumat dərc olunmursa, deməli, orada bu yoxdur. Bu elə deyil! Ola bilsin ki, şirkətlərdə sadəcə əməkdaşları tanışlıq və ya tövsiyələr üzrə işə qəbul etməyə üstünlük verirlər. Əgər, sözügedən obyekt sizin marağınıza cavab verirsə - yəni, məhz, belə bir iş yeridirsə, onda ora daxil olmaq üçün birinci üsul sizi ora tövsiyə edə biləcək tanışların tapılmasıdır. Bir çoxları elə düşünür ki, tanışlıq üzrə işə götürmə və ya işə qəbul olunma sosializmin qalıqlarıdır. Heç də belə deyil. Bu normal təcrübədir, həm bizdə, həm də Qərbdə geniş yayılıb. Bundan əlavə, bir çox şirkətlərdə əməkdaşların işə öz tanışlarını cəlb etməsi yaxşı qarşılanır. O başqa məsələdir ki, namizədliyiniz nəzərdən keçirilən zaman burada heç də sizin başınıza sığal çəkilməyəcək. Müsahibədən keçməyənə qədər “silahınızı” yerə qoymağa tələsməyin. Tövsiyənin olması – uğurun yalnız yarısıdır. Bu işəgötürənlə rastlaşmaq üçün sizə şans verir. Bundan sonra baş verənlər peşəkar xarakteristikanızdan asılı olacaq.

İkincisi, əgər faydalı tanışlarınız yoxdursa, bəs onda nə etməli? – Müəssisəyə CV qoyulmuş məktub göndərmək lazımdır. Nəzərə alın ki, şirkətə yeni vakansiya açılması ilə bağlı məktub - CV göndərdikdə, məktub elə də əhəmiyyətli rol oynamır, bir çox hallarda isə sıfır rol oynayır. Amma, məktub öz təşəbbüsünüzlə yazıldıqda, o, mühüm rol oynayır. Məktub elə yazılmalıdır ki, onu oxuyanda məktub müəllifinin özünü görə bilmək marağı oyansın. Bundan ötrü sadə bir üsuldan istifadə etmək olar. Məhz, burada niyə işləmək istədiyinizi izah edin, öz peşə təcrübənizdən nümunələr gətirin, sahibkara şirkətə fayda gətirə biləcəyinizi sübut edin. Bu şirkətin necə bir müəssisə olmağından çıxış etməklə, məktubun stilini də ona uyğun qurmaq olar. Formalizmə vurğu etməyə ehtiyac yoxdur, amma, məktubu sərbəst esseyə də çevirməyin.

Mənim bir tanışım var idi, hansı ki, iri neft şirkətlərindən birinə düşməyi çox arzulayırdı. Həmin şirkətdə vakansiya ilə bağlı heç bir məlumat yox idi. Şirkətlə əlaqəsi olan adamlar tapmaq da mümkün deyildi. Bu arada yaxşı tərtib olunmuş məktub məsələsi işə yaradı. Bu o demək deyil ki, məktub göndərməklə, bütün işlərin düzələcək və siz hökmən arzuladığınız işə nail ola biləcəksiniz, lakin, əgər qol vurmaq istəyirsənsə, onda zərbəni qapıya vurmaq lazımdır. Bəzi iddiaçılar güman edirlər ki, öz xidmətlərinə görə həmin müəssisənin əməkdaşlarının aldığından bir qədər az pul tələb etsələr, bu sahibkarı onların namizədliyinə yönləndirə bilər. Bunu təklif etməzdən öncə yaxşıca düşünüb-daşının.  Mən bunu etməyi tövsiyə etməzdim, birincisi ona görə ki, belə etməklə siz özünüzü alçaldırsınız, güclü və özünə hörmət edən təşkilatlar isə qalibləri işə götürməyə üstünlük verirlər. İkincisi, tutaq ki, sizi lap işə götürdülər, özünüzü orada necə hiss edəcəksiniz? Sizin hansı şərt altında işə qəbul olunduğunuzdan xəbərdar olan kollektiv sizi qəbul edəcəkmi? Düşünmürəm ki, bu oyun qaydaya uyğun gəlsin.

 

Baxışların sayı: 12621