Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

T
Xidmət

Keyfiyyətə Nəzarət üzrə Menecer / Baş Mütəxəssis

Titan Group
Razılaşma Bakı 3 ildən 5 ilə qədər Orta 13 baxış

İş barədə məlumat

Titan Group komandası istehsal olunan soyuducu sistemlərin və peşəkar mətbəx avadanlıqlarının keyfiyyətinə nəzarət prosesini həyata keçirəcək, texniki standartlara və müəyyən edilmiş tələblərə uyğunluğu təmin edəcək məsuliyyətli və təcrübəli namizədləri işə dəvət edir.

 

Əsas vəzifə və öhdəliklər:

  • İstehsal olunan soyuducu avadanlıqların və peşəkar mətbəx avadanlıqlarının keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
  • Paslanmayan polad (inox), metal konstruksiyalar və digər istifadə olunan materialların keyfiyyətinin yoxlanılması;
  • Metal kəsmə, bükmə, qaynaq, cilalama və yığım proseslərinin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
  • İstehsal prosesinin müxtəlif mərhələlərində məhsulların ölçü, forma, konstruksiya və texniki göstəricilərinin yoxlanılması;
  • Qaynaq tikişlərinin, birləşmələrin, səthlərin və konstruktiv elementlərin keyfiyyətinin qiymətləndirilməsi;
  • Soyuducu avadanlıqlarda qapı, korpus, izolyasiya, soyutma sistemi və digər komponentlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Hazır məhsulların texniki tapşırıqlara, çertyojlara və müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması;
  • İstehsal zamanı aşkar edilən qüsur və uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması və təkmilləşdirilməsi;
  • Hazır məhsulların son yoxlamasının aparılması və keyfiyyət hesabatlarının rəhbərliyə təqdim edilməsi.

Üstünlük hesab olunur:

  • Soyuducu avadanlıqların və peşəkar mətbəx avadanlıqlarının istehsalında təcrübə;
  • Paslanmayan polad (AISI 304, AISI 430 və s.) markaları üzrə biliklər;
  • Qaynaq tikişlərinin vizual və ölçü nəzarəti üzrə təcrübə;
  • Texniki çertyojlar və istehsalat spesifikasiyaları ilə işləmək bacarığı;
  • ISO 9001 üzrə auditor və ya müvafiq təlim sertifikatlarının olması.

İş şərtləri:

  • Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək;
  • Stabil iş şəraiti;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Nahar: Şirkət tərəfindən təmin olunur.

İş qrafiki və ünvan:

  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
  • İş ünvanı: Binə qəsəbəsi.

 

Namizədə tələblər

  • Texniki sahə üzrə ali və ya orta ixtisas təhsili (maşınqayırma, metal emalı, mexanika, materialşünaslıq və digər uyğun ixtisaslar);
  • İstehsalat müəssisələrində keyfiyyətə nəzarət sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Metal emalı və paslanmayan polad materialların xüsusiyyətləri barədə biliklər;
  • Qaynaq, metal kəsmə, bükmə və yığım prosesləri haqqında texniki biliklər;
  • Texniki çertyojları və ölçü göstəricilərini oxuma bacarığı;
  • Ölçü və yoxlama alətlərindən istifadə bacarığı;
  • ISO 9001 keyfiyyət idarəetmə standartı üzrə biliklər;
  • Analitik düşünmə, diqqətlilik və problem həll etmə bacarığı;
  • Müstəqil işləmək və məsuliyyət daşımaq qabiliyyəti.

 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini cv@titan.az elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Keyfiyyətə Nəzarət üzrə Menecer / Baş mütəxəssis”

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:

CV göndər

Elan #21541

Ətraflı məlumat

Əlaqədar şəxs

HR

Telefon

---

E-mail

cv@titan.az

Veb sayt

www.titan.az

Cins

Fərqi yoxdur

Elan tarixi

20.11.2026

Kateqoriya

Xidmət