Titan Group komandası istehsal olunan soyuducu sistemlərin və peşəkar mətbəx avadanlıqlarının keyfiyyətinə nəzarət prosesini həyata keçirəcək, texniki standartlara və müəyyən edilmiş tələblərə uyğunluğu təmin edəcək məsuliyyətli və təcrübəli namizədləri işə dəvət edir.
Əsas vəzifə və öhdəliklər:
- İstehsal olunan soyuducu avadanlıqların və peşəkar mətbəx avadanlıqlarının keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
- Paslanmayan polad (inox), metal konstruksiyalar və digər istifadə olunan materialların keyfiyyətinin yoxlanılması;
- Metal kəsmə, bükmə, qaynaq, cilalama və yığım proseslərinin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
- İstehsal prosesinin müxtəlif mərhələlərində məhsulların ölçü, forma, konstruksiya və texniki göstəricilərinin yoxlanılması;
- Qaynaq tikişlərinin, birləşmələrin, səthlərin və konstruktiv elementlərin keyfiyyətinin qiymətləndirilməsi;
- Soyuducu avadanlıqlarda qapı, korpus, izolyasiya, soyutma sistemi və digər komponentlərin keyfiyyətinə nəzarət edilməsi;
- Hazır məhsulların texniki tapşırıqlara, çertyojlara və müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması;
- İstehsal zamanı aşkar edilən qüsur və uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması və təkmilləşdirilməsi;
- Hazır məhsulların son yoxlamasının aparılması və keyfiyyət hesabatlarının rəhbərliyə təqdim edilməsi.
Üstünlük hesab olunur:
- Soyuducu avadanlıqların və peşəkar mətbəx avadanlıqlarının istehsalında təcrübə;
- Paslanmayan polad (AISI 304, AISI 430 və s.) markaları üzrə biliklər;
- Qaynaq tikişlərinin vizual və ölçü nəzarəti üzrə təcrübə;
- Texniki çertyojlar və istehsalat spesifikasiyaları ilə işləmək bacarığı;
- ISO 9001 üzrə auditor və ya müvafiq təlim sertifikatlarının olması.
İş şərtləri:
- Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək;
- Stabil iş şəraiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Nahar: Şirkət tərəfindən təmin olunur.
İş qrafiki və ünvan:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
- İş ünvanı: Binə qəsəbəsi.