Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

T
Xidmət

Anbardar

Titan Group
1000 - 1300 AZN Bakı 3 ildən 5 ilə qədər Orta ixtisas 45 baxış

İş barədə məlumat

Titan Group komandası anbar təsərrüfatı sahəsində təcrübəli, məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarığına malik namizədləri işə dəvət edir. Namizəd anbar əməliyyatlarının düzgün təşkili, malların qəbulu, yerləşdirilməsi, saxlanılması və təhvil verilməsi, anbar qalıqlarına nəzarət və uçot proseslərinin aparılmasına cavabdeh olacaq.

 

Əsas vəzifə və öhdəliklər:

  • Anbara daxil olan və anbardan çıxan malların qəbul və təhvil prosesinin həyata keçirilməsi;
  • Malların say, çeşid və keyfiyyət baxımından yoxlanılması;
  • Malların anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının təmin edilməsi;
  • Anbar qalıqlarının mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması;
  • Mal-material ehtiyatlarının uçotunun aparılması;
  • ERP proqramı üzərindən anbar əməliyyatlarının qeydiyyatının aparılması;
  • Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının hazırlanması və rəsmiləşdirilməsi;
  • Planlı və növbədənkənar inventarizasiyalarda iştirak və prosesin təşkili;
  • Malların itki və zədələnmə hallarının qarşısının alınması;
  • Anbar sahəsində səliqə-sahmanın və təhlükəsizlik qaydalarının təmin edilməsi;
  • Anbar qalıqları və mal dövriyyəsi üzrə hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.

 

Namizədə tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Anbardar vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Anbar uçotu və mal-material ehtiyatlarının idarə edilməsi üzrə praktiki biliklər;
  • ERP proqramları ilə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Excel-i bilmək;
  • Anbar sənədləşməsi və inventarizasiya qaydaları haqqında məlumatlı olmaq;
  • Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı.

İş şərtləri:

  • Əmək haqqı: 1000–1300 AZN;
  • İş təcrübəsi: 3+ il;
  • İş istiqaməti: Anbar əməliyyatları və anbar uçotu;
  • Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;
  • Servis: Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.

İş qrafiki və ünvan:

  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
  • İş ünvanı: Binə qəsəbəsi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini cv@titan.az elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Anbardar”

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:

CV göndər

Elan #21499

Ətraflı məlumat

Əlaqədar şəxs

HR

Telefon

---

E-mail

cv@titan.az

Veb sayt

www.titan.az

Cins

Fərqi yoxdur

Elan tarixi

11.11.2026

Bitmə tarixi

11.12.2026

Kateqoriya

Xidmət