A
İnformasiya Texnologiyaları
Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis
AzəriMed MMC
527 - 700 AZN
Bakı
1 ildən aşağı
Ali
69 baxış
İş barədə məlumat
- Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
- · Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
- · İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
- · Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
- · Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
- · Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.
İş şəraiti
- İş rejimi: Tam ştat
- Yaş həddi: 20–30 yaş;
- Əmək haqqı: 527 AZN-700 AZN (Artan əmək haqqıdır)
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Namizədə tələblər
- · Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
- · MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
- · İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
- · AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
- · Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
- · Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
- · Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis“ yazaraq cv@azerimed.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
CV göndər
Elan #21071
Ətraflı məlumat
Əlaqədar şəxs
HR
Telefon
---Yaş
20–30 yaş
Cins
Fərqi yoxdur
Elan tarixi
14.08.2026
Bitmə tarixi
14.09.2026
Kateqoriya
İnformasiya Texnologiyaları
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar