N
İnformasiya Texnologiyaları
İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi üzrə Mütəxəssis / GRC Mütəxəssisi
NBCO KredAqro
Razılaşma
Bakı
1 ildən 3 ilə qədər
Orta ixtisas
240 baxış
İş barədə məlumat
- “KredAqro” BOKT MMC İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi üzrə Mütəxəssis / GRC Mütəxəssisi vakansiyasına işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri:
- İnformasiya təhlükəsizliyi üzrə siyasətlərin, prosedurların və standartların hazırlanması, aktuallaşdırılması və müşayiət edilməsi.
- İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsində iştirak və risk reyestrinin aparılması.
- Daxili və xarici auditlərə hazırlıq, auditor sorğularının müşayiət edilməsi.
- Tənzimləyici tələblərin, daxili standartların və prosedurların icrasına nəzarət.
- Access management, third-party risk, incident management və awareness proseslərində iştirak.
- İnformasiya təhlükəsizliyi nəzarətləri üzrə sübutların (evidence) toplanması və strukturlaşdırılması.
- Komplayens və nəzarət məsələləri üzrə İT, İB, biznes və auditorlarla qarşılıqlı fəaliyyət.
Namizədə tələblər
- Əsas bacarıqlar (texnologiyalar / alətlər): ISO 27001 / ISO 27002 PCI DSS CIS Controls Risk Assessment / Risk Register Policy & Procedure Development Audit / Compliance Excel, Word, PowerPoint Jira / YouTrack / Confluence / SharePoint Proseslərin sənədləşdirilməsi və analizi bacarıqları Tələblər:
- Maliyyə sektorunun normativ tələbləri ilə iş təcrübəsi.
- Access management, incident management və vendor risk management proseslərini anlamaq.
- Siyasətlərin, prosedurların, standartların və nəzarət matrislərinin yazılması bacarıqları.
- Daxili/xarici audit və tənzimləyici ilə qarşılıqlı fəaliyyət təcrübəsi.
- Xarici auditlərdən keçmə təcrübəsi.
- GRC / compliance / audit / IS governance sahəsində ən azı 2 il praktiki təcrübə.
- İnformasiya təhlükəsizliyi üzrə daxili normativ sənədlərin hazırlanması təcrübəsi.
- ISO 27001, risk management və internal controls anlayışı.
- Daxili auditlərlə iş təcrübəsi.
- Sənədlər, cədvəllər və məlumatların strukturlaşdırılması ilə işləmək üzrə güclü bacarıqlar.
- Bir neçə tapşırıqla işləmək və materialları müxtəlif bölmələrlə razılaşdırmaq bacarığı. Təcrübə (il və sahə): İnformasiya təhlükəsizliyi, GRC, daxili nəzarət, audit, komplayens və ya risklərin idarə edilməsi sahəsində 2+ il təcrübə. Maliyyə təşkilatlarında, fintex, bank və ya ödəniş şirkətlərində təcrübə arzuolunandır. Sertifikatlar: ISO 27001 Lead Implementer / Lead Auditor, Security+ Arzuolunandır:
- Bank / fintex / ödəniş təşkilatında iş təcrübəsi.
- PCI DSS ilə iş təcrübəsi.
- ISMS tətbiqində iştirak təcrübəsi.
- Risk register, control matrix, gap assessment və RBAC matrix aparılması təcrübəsi.
- Fərdi məlumatların qorunması tələbləri və maliyyə sektorunun tənzimləyici tələbləri üzrə biliklər. Dil bilikləri: İngilis dili - Intermediate səviyyəsindən, standartlar və auditorlarla işləmək üçün arzuolunandır. Azərbaycan dili - mütləqdir. Rus dili - arzuolunandır. Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi üzrə Mütəxəssis / GRC Mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur.
CV göndər
Elan #20422
Ətraflı məlumat
Əlaqədar şəxs
HR
Telefon
--Veb sayt
www.kredaqro.azYaş
25–35 yaş
Elan tarixi
05.05.2026
Bitmə tarixi
05.06.2026
Kateqoriya
İnformasiya Texnologiyaları
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar