V
Xidmət
Xarici logistika üzrə aparıcı mütəxəssis
Veysəloğlu-Rossmann
Razılaşma
Bakı
1 ildən 3 ilə qədər
Ali
11 baxış
İş barədə məlumat
- Xarici təchizatçılardan malların idxalı prosesini (Import) əvvəldən sona qədər idarə edilməsi, yüklərin növünə uyğun olaraq optimal nəqliyyat növünü (quru, hava, dəniz) seçmək.
- Yerli və xarici logistika şirkətləri, ekspeditorlar və brokerlərlə əlaqələrin qurulması, qiymət təkliflərinin alınması, təhlil edilməsi və ən sərfəli variantın seçilməsi üzrə danışıqları aparmaq.
- İdxal prosesi üçün tələb olunan sənədlərin (Invoice, Packing List, CMR, Certificate of Origin və s.) düzgünlüyünü yoxlamaq və vaxtında aidiyyəti qurumlara/brokerə təqdim etmək
- Yüklərin hərəkət qrafikini gündəlik izləmək, gecikmə riskləri yarandıqda proaktiv həll yolları tapmaq və bu barədə şöbə rəhbərliyini məlumatlandırmaq;
- Daşıma xərclərini optimallaşdırmaq və büdcəyə uyğunluğunu təmin etmək, fakturaları yoxlamaq və maliyyə şöbəsinə təhvil vermək;
- Tədarük Zənciri Şöbə Müdirinə həftəlik və aylıq status hesabatlarını təqdim etmək;
- Yüklərin sığortalanması prosesinin təşkili və daşınma zamanı yaranan xəsarət/itki hallarında sığorta şirkətləri ilə iddia (claim) prosesini aparmaq
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Namizədə tələblər
- Ali təhsil (Logistika, Tədarük Zənciri, Beynəlxalq Münasibətlər və ya İqtisadiyyat sahəsində)
- Beynəlxalq daşımalar və ya logistika sahəsində minimum 1-3 il iş təcrübəsi (Retail/Pərakəndə satış sektorunda təcrübə üstünlükdür)
- Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
- MS Office proqramları (xüsusilə Excel – Pivot table, Vlookup), ERP sistemləri ilə işləmək bacarığı
- Incoterms 2020 qaydalarını və gömrük qanunvericiliyinin əsaslarını bilmək
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xarici logistika üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az ünvanına göndərə bilərlər
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
CV göndər
Elan #20956
Ətraflı məlumat
Əlaqədar şəxs
HR
Telefon
--Veb sayt
www.rossmann.deCins
Fərqi yoxdur
Elan tarixi
30.07.2026
Bitmə tarixi
30.08.2026
Kateqoriya
Xidmət
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar