Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

R
Xidmət

Sürücü-qəbulçu (Formen)

Radius Plus MMC
600 AZN Bakı 3 ildən 5 ilə qədər 14 baxış

İş barədə məlumat

  • Xidmət ustalarının vəzifə öhdəliklərini bilmək, görülən işlərin gedişatına və icra müddətinə nəzarət etmək;
  • Ustaların iş cədvəlinə riayət olunmasına nəzarəti təşkil etmək;
  • Müştərilərə məxsus avtonəqliyyat vasitələrini servis zonasına və servis zonasından idarə etmək;
  • İş zamanı yaranan nasazlıqlar barədə satış şöbəsini və müştəriləri məlumatlandırmaq;
  • İşçilərin vəzifələrinin yerinə yetirilməsi üçün zəruri maddi-texniki və informasiya resursları ilə təmin olunmasını yoxlamaq, fasilə və qəzaların qarşısını almaq məqsədilə tədbirlər görmək;
  • İstifadə olunan sərfiyyat materiallarının xərcinə nəzarət etmək və uçotunu aparmaq;
  • İş kartlarını doldurmaq;
  • Avadanlıqların istismar səmərəliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı təqdimatların hazırlanmasında iştirak etmək;
  • Maddi və əmək resurslarından qənaətlə istifadə olunmasına riayət etmək;
  • İş yerində səliqə və nizam-intizamı təmin etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək.

Namizədə tələblər

  • Cins: Kişi
  • Yaş həddi: 20–35
  • Təhsil: Orta təhsil
  • Müştəri ilə əlaqəli sahədə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq (rus və ingilis dili bilənlərə üstünlük verilir)
  • BC kateqoriyalı sürücülük vəsiqəsi
  • Minimum 3 il avtomobil idarəetmə təcrübəsi (mexaniki və avtomat sürət qutusu)
  • Bakı şəhərində yaşayış qeydiyyatı
  • Şəxsi keyfiyyətlər: məsuliyyətli, ciddi, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığı

İş şəraiti:

  • İş saatı: 09:00–18:00 və 12:00–21:00 (növbəli)
  • İş qrafiki: Həftənin 6 günü
  • İstirahət günü: həftə içi
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 600 AZN
  • İş yeri: Babək pr., M.H. Kazımov küç., 8

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Avtomobil qəbulçusu” qeyd etməklə hr@radius.az elektron ünvanına göndərə bilərlər.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

CV göndər

Elan #20555

Ətraflı məlumat

Əlaqədar şəxs

Narmin

Telefon

0774380444

E-mail

hr@narminm.az

Yaş

20–35 yaş

Elan tarixi

22.05.2026

Bitmə tarixi

22.06.2026

Kateqoriya

Xidmət