Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

T
Satış

Regionlər üzrə Satış Təmsilçisi

Titan Group
Razılaşma Bakı 1 ildən 3 ilə qədər 10 baxış

İş barədə məlumat

Şirkətimiz Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərəcək, satış sahəsində təcrübəyə və müvafiq müştəri bazasına malik Satış Təmsilçiləri axtarır.

İş əraziləri və hədəf müştəri sektorları:

Şimal zonası

  • Ərazi: Quba, Xaçmaz, Qusar
  • Hədəf sektorlar: Meyvə-tərəvəz anbarları, aqroparklar və kənd təsərrüfatı müəssisələri.

2Cənub zonası

  • Ərazi: Lənkəran, Astara, Masallı, Cəlilabad
  • Hədəf sektorlar: Kənd təsərrüfatı, balıqçılıq və ərzaq emalı müəssisələri.

Qərb zonası

  • Ərazi: Gəncə, Şəmkir, Tovuz, Qazax
  • Hədəf sektorlar: Meyvə-tərəvəz anbarları, süd zavodları, quşçuluq təsərrüfatları, aqrar müəssisələr, hotel və restoranlar.

Mərkəzi və Qarabağ zonası

  • Ərazi: Yevlax, Bərdə, Ağcabədi, Ağdam, Şirvan
  • Hədəf sektorlar: Logistika və istehsal müəssisələri, soyuducu anbar obyektləri, hotel və restoranlar.

Əsas vəzifə və öhdəliklər:

  • Təyin olunmuş region üzrə yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Müəssisələrin rəhbərləri və qərarverici şəxslərlə işgüzar əlaqələrin qurulması;
  • Məhsul və xidmətlərin təqdim edilməsi, kommersiya təkliflərinin hazırlanması;
  • Potensial müştərilərlə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
  • Satış planlarının yerinə yetirilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi;
  • Bazarın araşdırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi.

İş şəraiti:

  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək;
  • İş qrafiki: Sərbəst;
  • Bonus: Satış nəticələrinə uyğun əlavə bonus imkanları.

 

Namizədə tələblər

  • Satış sahəsində 1–3 il iş təcrübəsi;
  • Müvafiq region üzrə hədəf sektorlarında fəaliyyət göstərən müştəri bazasının və ya mövcud işgüzar əlaqələrin olması;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Yeni müştərilər cəlb etmək və uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı;
  • Şəxsi avtomobilinin və sürücülük vəsiqəsinin olması;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

Vacib qeyd:

  • Namizədlər müraciət etdikləri region üzrə ayrıca qiymətləndiriləcəklər. Hər bir Satış Təmsilçisi yalnız müraciət etdiyi və seçdiyi ərazi üzrə fəaliyyət göstərəcək.Namizədin müvafiq regionda yaşaması və ya həmin ərazini yaxşı tanıması, eləcə də orada mövcud müştəri əlaqələrinə malik olması üstünlük deyil, əsas tələb kimi nəzərdə tutulur.Bir region üzrə müraciət edən namizədin başqa regiona yönləndirilməsi nəzərdə tutulmur.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini cv@titan.az elektron poçt ünvanına göndərə bilərlər.Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı formatdan istifadə edilməsi xahiş olunur:

 

Müraciət edilən region – Regionlar üzrə Satış Təmsilçisi vakansiyası

Nümunə: Şimal zonası – Regionlar üzrə Satış Təmsilçisi vakansiyası

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:

CV göndər

Elan #21459

Ətraflı məlumat

Əlaqədar şəxs

HR

Telefon

---

E-mail

cv@titan.az

Veb sayt

www.titan.az

Cins

Fərqi yoxdur

Elan tarixi

04.11.2026

Bitmə tarixi

30.11.2026

Kateqoriya

Satış