Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

V
Audit

Araşdırma mütəxəssisi

Veysəloğlu-Rossmann
Razılaşma Bakı 1 ildən 3 ilə qədər Ali 128 baxış

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Anbar və marketlər üzrə sistem və faktiki mal qalıqları arasında yaranan fərqləri araşdırmaq və səbəblərini müəyyənləşdirmək;
  • Anbarlarda sayım prosesinə nəzarət etmək, sayım nəticələrini təhlil etmək;
  • Malların qəbulu, toplanması, yüklənməsi və marketlərə çatdırılması proseslərində yaranan uyğunsuzluqları araşdırmaq;
  • Transfer əməliyyatları üzrə sistem və faktiki məlumatları müqayisə etmək, fərqlərin səbəblərini müəyyənləşdirmək;
  • Sürücülərin fəaliyyəti, çatdırılma marşrutları və təhvil-təslim prosesləri ilə bağlı uyğunsuzluqları araşdırmaq;
  • Zərurət yarandıqda anbar və marketlərdə fiziki yoxlamalar aparmaq;
  • Kamera görüntüləri və GPS məlumatları əsasında əməliyyat proseslərini yoxlamaq;
  • Aşkar edilmiş fərqlərin səbəblərini təhlil etmək və araşdırma nəticələri üzrə hesabatlar hazırlamaq;
  • Təkrarlanan uyğunsuzluqların qarşısının alınması üçün təkliflər vermək və müvafiq tədbirlərin nəticələrini izləmək.

 

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

 

Namizədə tələblər

  • Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun sahələr üzrə);
  • Anbar, logistika, mal qəbulu, stok nəzarəti və ya araşdırma sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
  • ERP və anbar idarəetmə sistemləri ilə işləmək bacarığı;
  • Analitik düşünmə, məlumatları təhlil etmək və uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək qabiliyyəti;
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Problemləri araşdırmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Araşdırma mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:

 

CV göndər

Elan #21336

Ətraflı məlumat

Əlaqədar şəxs

HR

Telefon

---

Veb sayt

www.rossmann.de

Cins

Fərqi yoxdur

Elan tarixi

12.10.2026

Bitmə tarixi

12.11.2026

Kateqoriya

Audit

Oxşar İş Elanları

Eyni kateqoriyadan vakansiyalar