Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Z
Tibb

Biznesin İnkişafı üzrə Mütəxəssis (Əczaçılıq sektoru)

Zeytun Pharmaceuticals
Razılaşma Bakı 1 ildən 3 ilə qədər Ali 78 baxış

İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri

  • Yeni beynəlxalq istehsalçıların, tərəfdaşların və brendlərin araşdırılması və şirkətə cəlb edilməsi.
  • Dərman vasitələri, tibbi məmulatlar, parafarmasevtik məhsullar üzrə bazar araşdırmalarının aparılması və yeni məhsul portfelinin formalaşdırılması.
  • Potensial tərəfdaşlarla ilkin əlaqələrin qurulması, onlayn və fiziki görüşlərin təşkili, şirkətin təqdimatının keçirilməsi.
  • Xarici istehsalçılarla kommersiya danışıqlarının aparılması və əməkdaşlıq şərtlərinin müzakirə olunması.
  • Məhsullar üzrə qiymət hesablamalarının, satış proqnozlarının, biznes planlarının və kommersiya təkliflərinin hazırlanması.
  • Yeni məhsulların qeydiyyatı, bazara çıxarılması və kommersiyalaşdırılması prosesində şöbələr arası koordinasiyanın təmin edilməsi.
  • İllik satış proqnozlarının və məhsul inkişaf planlarının hazırlanması.
  • Bazar, rəqiblər, qiymətlər və məhsul portfeli üzrə analitik hesabatların hazırlanması.
  • Beynəlxalq sərgilərdə, konfranslarda və istehsalçılarla görüşlərdə şirkəti təmsil etmək.
  • Mövcud tərəfdaşlarla davamlı əlaqələrin saxlanılması və müqavilə öhdəliklərinin icrasına nəzarət edilməsi.
  • İngilis və rus dillərində rəsmi yazışmaların, təqdimatların və hesabatların hazırlanması.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

İş şəraiti:

  •  İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • Tibbi sığorta və nahar;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;

Namizədə tələblər

  • Ali təhsil (əczaçılıq, tibb və ya biznes sahələri üzrə üstünlükdür).
  • İngilis dili sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı.
  • Analitik düşüncə, ünsiyyət və təqdimat bacarıqları.
  • Danışıqlar aparmaq və kommersiya yazışmalarını hazırlamaq bacarığı.
  • Xarici ezamiyyətlərdə və beynəlxalq sərgilərdə iştirak etməyə hazır olmaq

 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilər V-ni “mövzu” hissədə Biznesin İnkişafı üzrə mütəxəssis qeyd etməklə hrdepartment@zeytunpharma.az e-mail elektron ünvanına göndərə bilərlər.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

CV göndər

Elan #21187

Ətraflı məlumat

Əlaqədar şəxs

HR

Telefon

---

Cins

Fərqi yoxdur

Elan tarixi

28.08.2026

Bitmə tarixi

27.09.2026

Kateqoriya

Tibb