Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

A
İnzibati

Əmək münasibətləri üzrə mütəxəssis

Azerbaijan SuperMarket
Razılaşma Bakı 1 ildən 3 ilə qədər Ali 6 baxış

İş barədə məlumat

Öhdəliklər:

  • Şirkət daxilində baş verən intizam pozuntularını təqdim edilən sənəd və sübutlar əsasında araşdırmaq, qiymətləndirmək və qərar qəbul edilməsi üçün rəhbərliyə təkliflər vermək. 
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və şirkətdaxili qaydalara uyğun olaraq intizam tənbehlərinin tətbiqini həyata keçirmək. 
  • İntizam pozuntuları və işçi şikayətləri ilə bağlı müraciətləri qəbul etmək, qeydiyyata almaq, araşdırmaq və nəticələndirmək. 
  • Zərurət yarandıqda işçilər, rəhbərlər və aidiyyəti struktur bölmələrlə görüşlər keçirmək, intizam məsələlərinin həllini təmin etmək və təkrarlanmasının qarşısının alınmasına yönəlmiş təkliflər vermək. 
  • İntizam tənbehləri, xəbərdarlıqlar, əmrlər, bildirişlər, məktublar və digər aidiyyəti sənədləri hazırlamaq, elektron bazada qeydiyyatını aparmaq və arxivləşdirilməsini təmin etmək. 
  • Əmək münasibətləri üzrə sənədləşmə proseslərinin qanunvericiliyin və şirkətdaxili prosedurların tələblərinə uyğun icrasını təmin etmək. 
  • Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı prosesləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq icra etmək. 
  • Mediasiya təşkilatları və dövlət qurumlarından daxil olan sorğuları vaxtında cavablandırmaq, zərurət yarandıqda müvafiq proseslərdə iştirak etmək və qəbul edilmiş razılaşmaların icrasını təmin etmək. 
  • İntizam pozuntuları üzrə statistik hesabatlar və təqdimatlar hazırlamaq, nəticələri aidiyyəti rəhbərlərlə paylaşmaq və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək.

Namizədə tələblər

  • İnsan Resurslarının İdarə Edilməsi, Hüquq, Biznesin İdarə Edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil; 
  • Əmək münasibətləri, HR əməliyyatları və ya İnsan Resurslarının əlaqəli istiqamətlərində minimum 2 il iş təcrübəsi; 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktları yaxşı səviyyədə bilmək;
  • Əmək münasibətləri ilə bağlı sənədlərin, əmrlərin və rəsmi yazışmaların hazırlanması və idarə olunması sahəsində təcrübə;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, habelə peşəkar sənədləşmə bacarığı; 
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint üzrə yaxşı işləmə bacarığı; 
  • Yüksək məsuliyyətlilik, obyektivlik, məxfilik prinsiplərinə riayət etmə və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı;

​​​​​

Maraqlanan namizədlər СV-lərini  hr2@azerbaijansupermarket.com  elektron poçt ünvanınaƏmək münasibətləri üzrə mütəxəssisbaşlığı ilə göndərərək müraciət edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:

 

CV göndər

Elan #21062

Ətraflı məlumat

Əlaqədar şəxs

HR

Telefon

---

Cins

Fərqi yoxdur

Elan tarixi

12.08.2026

Kateqoriya

İnzibati