Bu istifadəçi sazişi (bundan sonra “Saziş” adlanacaq) www.kadr.az (bundan sonra”İcraçı” adlanacaq) web saytı ilə, bu saytda iş elanı axtaran fiziki şəxslər və ya işçi axtaran hüquqi və ya fiziki şəxslər (bundan sonra “İstifadəçi” adlanacaq) arasında münasibətləri tənzimləmək üçündür. Bu saziş www.kadr.az saytının bütün İstifadəçilərinə şamil olunur.
İstifadəçi www.kadr.az saytında qeydiyyatdan keçərkən (İş elanı və ya CV yerləşdirərkən) saytdan istifadə ilə əlaqədar üzərinə düşən aşağıda qeyd edilən hüquq və öhdəlikləri qəbul edir və istifadəçi şərtləri ilə razılaşır:
1. www.kadr.az saytı İcraçıya məxsusdur, saytın bütün elementləri, İcraçının mülkiyyətidir və başqasının bu addan istifadəsi qəti qadağandır.
2. İstifadəçi Şəxsi kabinetinə daxil olmaqla öz şəxsi məlumatlarını istədiyi vaxt redaktə edə bilər və ya yenilikləri əlavə edə bilər.
3. İstifadəçinin şəxsi məlumatlarının yerləşdirilməsinin məqsədi yalnız vakansiya və ya kadr axtarışı olmalıdır. .
4. Şəxsi məlumatların yerləşdirilmə müddəti 30 gündür, vaxt bitdikdə yenidən aktiv qalması üçün istifadəçi tərəfindən “Yenilə” düyməsini klik etməklə yeniləməlidir.
5. www.kadr.az saytında İstifadəçinin səhifəsinə giriş parolu, (anonim istifadəçi olduqda isə bütün məlumatlar) istisna olmaqla, digər informasiyalar ictimaiyyət üçün açıqdır.
6. İcraçı, saytda qeydiyyatdan keçmiş və login-parol əldə etmiş işəgötürənlərə işaxataranlar tərəfindən CV-ləri, İşxtaranlara isə işəgötürənlər tərəfindən təklifləri onlarin saytda olan şəxsi kabinetinə, mobil nömrəsinə (sms) və e-mailinə yönətmək hüququna malikdir.
7. www.kadr.az saytı istifadəçinin informasiyalarının düzgünlüyünə və aktuallığına görə heç bir məsuliyyət daşımır. Yerləşdirdiyi Elanlardakı informasiyaların düzgünlüyünə istifadəçi məsuliyyət daşıyır,.
8. İcracı öz iş qaydalarına uyğun olaraq, yerləşdirilmiş elanın ümumi mənasını təhrif etmədən dəyişmək hüququna malikdir.
9. www.kadr.az saytından istifadə zamanı istifadəçinin cihazında olan məlumatların itirilməsi və avadanlığın korlanması baş verərsə, İçraçı buna görə məsuliyyət daşımır.
10. İcraçı saytın isitfadəsi zamanı dəymiş mənəvi və maddi zərərə görə məsuliyyət daşımır.
11. www.kadr.az saytında yerləşdirilmiş elan və CV-lərin İcraçının razılığı olmadan dərc olunması qadağandır. Şəxsi istifadə üçün üçün saytda olan məlumatların PDF formatında paylaşılması isə istisna təşkil edir.
12. Saytdan istifadə zamanı qanuna zidd hərəkətlər aşkar olunarsa, İcraçı İstifadəçini məlumatlandırmadan və istənilən vaxt şəxsi kabinetini ləğv etmək və bloka qoymaq hüququna malikdir. İcraçı belə hallarda istifadəçinin yerləşdirdiyi istənilən informasiyanı heç bir izahat vermədən saytdan çıxara bilər. www.kadr.az saytında aşağıdakıları yerləşdirmək qadağadır:
-şəbəkə marketinqi, birja fondlarının iş elanları və birbaşa və ya dolayı yolla intim xidmətlər sahəsinə aid iş elanları və sair.