Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Qaynaqçı

500 - 900 AZN

Bakı Gəmiqayırma Zavodu MMC

Baxışların sayı: 13

Elan #9512

Şəhər
Bakı
Yaş
25 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Orta texniki
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
10.06.2021
Bitmə tarixi
10.07.2021
Əlaqədar şəxs
HR
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Digər

İş barədə məlumat

Bakı Gəmiqayırma Zavodu MMC metal konstruksiya qaynaqçısı (yarımavtomat) vəzifəsi üzrə vakansiya elan edir.

İş haqqında məlumat
- Əmək haqqı: 500-900
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq əmək haqqına əlavə olara hesablanır
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
- Sığorta təminatları təmin edilir

Namizədə tələblər

İşin təsviri
- Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən metal konstruksiya qaynağı işlərini həyata keçirmək.

Vəzifə öhdəlikləri və səriştə tələbləri:
- Polad lövhə və profillərdə flüslü elektrod məftili ilə qoruyucu qaz mühitində yarımavtomat qaynağının yerinə yetirilməsi
- Sahə ilə bağlı qaynaq aparatlarının və əl alətlərinin peşəkar səviyyədə istifadə edilməsi
- Qaynaq sonrası tikişlərin təmizlənməsi və qüsurlar zamanı təmir işinin aparılması
- Dəyişən və sabit cərəyanla qaynağın va elektrik qövsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı
- Sürət, gərginlik və amper tənzimləməyi, qaynaq zamanı problemləri müəyyənləşdirməyi bacarmalı
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının, avtomatların və yarımavtomatların quruluşlarını və iş mexanizmlərini bilməli
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Zavodun təhlükəsizlik qaydalarına və bu yöndə öhdəliyə riayət etməli
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı

Digər tələblər:
- Orta və ya müvafiq peşə təhsili
- Müvafiq qaynaq sertifikatı
- Ağır sənayedə 3 ildən yuxarı peşə təcrübəsi
- İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı
- Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı