Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Satış təmsilçisi

500 - 600 AZN

Sinteks

Baxışların sayı: 75

Elan #9497

Şəhər
Bakı
Yaş
20 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Orta
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
09.06.2021
Bitmə tarixi
09.07.2021
Əlaqədar şəxs
Orxan Cabarov
Telefon
Kateqoriya
Satış
Alt kateqoriya
Satıcı

İş barədə məlumat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər Qrupuna hal hazırda Satış Təmsilçisi tələb olunur.

Vəzifənin Rolu

Bu vəzifənin rolu satışı həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.

Vəzifə Öhdəlikləri

- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir;
- İş əsnasında şirkətin peşəkar satış texnikasını öyrənir və effektiv şəkildə istifadə edir;
- Satış zamanı şirkətin müştəri xidmətləri standartlarına uyğun xidmət göstərir;
- “Total look” satışlarının ideyasını tətbiq edir;
- Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir;
- Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir;
- Şirkətə məxsus əmlaklarının qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini məlumatlandırır;
- Müştəri şəbəkəsini yaradır və inkişaf etdirir;

Namizədə tələblər

- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
İş Təcrübəsi:
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi

a. Geyim və aksessuarlar, Parfumeriya və Kosmetika, Elektro
Texnika, Zinyət əşyaları,
Ev əşyaları, Avto satışı
b. Eyni iş yerində davamlı olaraq ən azı 1 il təcrübə
c. Bonus sistemi ilə işləmə təcrübəsi

Professional Biliklər:
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
Professional Bacarıq və Kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Satış bacarıqları
- Stressə davamlılıq
- Məsuliyyət
- Məqsədyönlülük