Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kreativ Direktor

1000 - 1500 AZN

166 Yükdaşıma və Logistika

Baxışların sayı: 19

Elan #9089

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
04.05.2021
Bitmə tarixi
04.06.2021
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
cv@166.az
Kateqoriya
Marketing
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Veb, çap və rəqəmsal marketinq məhsullarının istehsalında komanda işlərinə , rəhbərlik edilməsi və işlərin nəzərdən keçirilməsi;
• Həm kiçik miqyaslı, həm də böyük miqyaslı layihələr üçün strategiyaların hazırlanması, rəqəmsal marka dizaynı, kontent və texnologiyaların idarə edilməsi;
• Marketinq planlarının hazırlanmasında, nəticələrin təhlilində və mövcud imkanların müəyyən edilməsinə iştirak edilməsi, marketinq və satış şöbələri ilə əməkdaşlıq edilməsi;
• Marketinq hədəflərinin aydın və motivasiyaedici yaradıcılıq strategiyalarına çevirilməsi, daxili marketinq kampaniyalarını inkişaf etdirilməsi;
• Markanın daimi izlənilməsi, bazarda istehlakçı ehtiyacının və rəqabət göstəricilərinin təhlil edilməsi;
• Xərclərin proqnozlaşdıraraq idarə edilə biləcək büdcə standartlarına uyğunlaşdırılması.
• Qrafik dizaynerlərə, mətn müəlliflərinə, sosial media mütəxəssislərinə, layihə menecerlərinə, fotoqraflar və videoqraflara funksional şəkildə nəzarət edilməsi;
• Qısa və ya uzunmüddətli ehtiyaclara əsaslanan layihələrdə dizaynerlər, mətn müəllifləri və s. ilə əməkdaşlıq edərək istehsal cədvəllərinin qurulması;
• Komanda ilə breyn-storminq sessiyaları keçirilməsi, komandanın yeni və yaradıcı təşəbbüslərinin inkişaf etdirilməsi;
• Komanda tərəfindən hazırlanmış layihə və kompaniyaların nəzərdən keçirilməsi və təsdiqlənməsi, marketinq hədəflərinə və problemlərinə effektiv şəkildə töhfə verilməsi;
• Mövcud auditoriya üçün mürəkkəb fikirləri çap və rəqəmsal materiallara vizual olaraq çevirilməsi;
• Son konsepsiyaların təqdimatının təşkil edilməsi və ona nəzarət edilməsi, nəticələr üçün təsdiqlərin əldə edilməsi.
• İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1000-1500 AZN.

Namizədə tələblər

• Agentlik və ya korporativ mühitdə minimum 2 il kreativ direktor olmaq şərti ilə, ümumi 3-5 il iş təcrübə;
• Büdcəyə nəzarət edilməsindən, marketinq və reklam kampaniyalarının yaradılmasına qədər iş təcrübəsi;
• Rəqəmsal marketinq, sosial media, mobil telefon və digər bütün marketinq kanallarında məzmun yaratmaq bacarığı;
• Konsepsiya inkişafı ilə bağlı təcrübə;
• Komandaya rəhbərlik etmək bacarığı.


Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=101