Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Hüquqşünas

1000 - 1500 AZN

Superfon

Baxışların sayı: 8

Elan #9088

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
04.05.2021
Bitmə tarixi
31.05.2021
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Hüquq
Alt kateqoriya
Hüquqşünas

İş barədə məlumat

İş yeri: Bakı;
İş təcrübəsi:Minimum 2-il;
Təhsil: Ali hüquqi təhsil;
Yaş həddi: 25 və ya üzəri.
İşin təsviri: Şirkətin strukturlarına hüquqi dəstəyin verilməsi və daxili və xarici sənədləşmələrin hüquqi baxımdan qanunvericiliyə uyğunlaşdırılması fəaliyyətlərinin icra edilməsi.

Vəzifə öhdəlikləri:

- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika,nəqliyyat,satış,) hazırlanması, əmtəə nişanları, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
- Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
- Məhkəmə proseslərində şirkət nümayəndəsi kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, məhkəmə çıxışları və s.) hazırlanması, məhkəmə, icra və probasiya, hüquq mühafizə və digər orqanlarda şirkətin mənafeyinin müdafiəsini təmin edilməsi;
- Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
- Dövtət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
- Daşınmaz əmlak, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
- Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək haqqı 1000-1500 azn (namizədə görə dəyişəcəkdir);
- 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
- Korporativ mobil nömrə.

Namizədə tələblər

- Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilini bilməsi arzuolunandır;
- Azərbaycan Respublikasının normativ hüquqi aktları haqqında məlumatlı olmaq, dövlət orqanları ilə işin qaydalarını bilməlidir, AR mülki, mülki-prosessual, əmək, gömrük, inzibati, vergi hüququnun əsaslarını bilməsi arzuolunandır;
- Korporativ hüquq sahəsində ən azı 2 il iş təcrübəsinin olması arzuolunandır;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı olan.


CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - Hüquqşünas yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.