Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Xəzinadarlıq üzrə qrup rəhbəri

1100 - 1500 AZN

Sinteks

Baxışların sayı: 34

Elan #8372

Şəhər
Bakı
Yaş
25 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
23.02.2021
Bitmə tarixi
23.03.2021
Əlaqədar şəxs
Zeynab Rzayeva - Recruitment Administrator
Telefon
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Xəzinədar

İş barədə məlumat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Xəzinadarlıq üzrə Qrup Rəhbəri tələb olunur.

İşin rolu:
- Nağd və nağdsız əməliyyatlarının həyata keçirilməsini və uçotunu təmin etmək

Vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin hərəkətini planlaşdırmaq və icrasını təşkil etmək
- Bank və nağd əməliyyatlarının həyata keçirilməsini təşkil etmək
- Yerli və beynlxalq bank və nağd əməliyyatların uçotunu təşkil etmək
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı banklarla üzləşmələrin aparılmasını təşkil etmək
- Şirkətin qısa müddətli kapital tələblərini müəyyən etmək
- Maliyyələşdirmə prosesini təşkil etmək

Namizədə tələblər

- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində ali təhsil
- ACCA üzrə sertifikat arzuolunandır

Təcrübə:
- Maliyyə və Mühasibatlıq sahəsində 4-5 il iş təcrübə
- Müvafiq vəzifədə 2-3 il iş təcrübə

Professional biliklər:
- Azərbaycan dilini mükəmməl, İnglis və Rus dillərini yaxşı səviyədə bilmək
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
- Mühasibat proqramları

Professional bacarıqlar və kompetensiyalar:
- Liderlik
- Zamanın idarəolunması
- Analitik düşüncə
- Detallara diqqət
- Ünsiyyət bacarıqları
- Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Treasury Team Leader qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.