Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühəndis-elektronçu

1000 - 1500 AZN

IKTex MMC

Baxışların sayı: 47

Elan #8362

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
22.02.2021
Bitmə tarixi
22.03.2021
Əlaqədar şəxs
HR
Telefon
E-mail
cv@iktex.az
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Mühəndis

İş barədə məlumat

- Mühəndis Elektronçu vəzifəsinə tələb olunan biliklər
- Xüsusi tip avadalıqların, plataların, qurğuların istifadəsi zamanı ortaya çıxan problemlərin həlli və nasaz avadanlıqları təmiri üçün texniki biliyə, təcrübəyə və qabiliyyətə malik olmalı
- Kompüter və mobil cihazlar (Android, iOS və s.) haqqında nəzəri və praktiki biliklərin olması
- Elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində yaxından iştirak etməsinə dair təşəbbüslərin olması
- Avadanlığın istifadə olunmasının uçotunu aparılması və göstəricilərini təhlil etmə, iş rejimini və istismar olunması şərtlərini öyrənmə bacarığının olması
- Elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləmə bacarığının olması
- Avadanlığa və onun ehtiyat hissələrinə sifarişləri, təmir aparılması üçün texniki sənədləri və iş üzrə hesabatların hazırlama bacarığı və təcrübəsinin olması
- Elektron texnikasının vaxtında ehtiyat hissələri və materialları ilə təmin edilməsinə nəzarət, radioelektron aparatlarının mühafizəsini təşkilnə dair təcrübənin olması
- Kompüter və mobil cihazların diaqnostikası, nasaz avadanlığın təyin edilməsi, sazlanması, təmiri və dəyişdirilməsi təcrübəsinin olması
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
- İş qrafiki: həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Tətbiqi riyaziyyat, Fizika, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə)
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olan
- Həqiqi hərbi xidmət keçmiş bəylər
- Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Yeni texnologiyaları öyrənmə həvəsi və yüksək mənimsəmə qabiliyyəti
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Kollektiv şüurla komanda şəklində fəaliyyət
- Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq