Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinin baş hüquqşünası

Razılaşma

International Bank of Azerbaijan

Baxışların sayı: 60

Elan #7766

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
20.11.2020
Bitmə tarixi
20.12.2020
Əlaqədar şəxs
HR
Telefon
E-mail
cv@ibar.az
Kateqoriya
Hüquq
Alt kateqoriya
Hüquqşünas

İş barədə məlumat

- Kredit və təminat müqavilələri (girov, ipoteka, zaminlik, qarantiya və digər) üzrə, habelə bunlardan irəli gələn ayrı-ayrı mübahisələr istisna olmaqla, Banka qarşı qaldırılmış və/və ya Bankın qaldırdığı iddialar üzrə Bankı aidiyyəti məhkəmələrdə təmsil etmək mübahisələrin həlli üçün strategiyanı müəyyən etmək, habelə iddia ərizələri və digər sənədləri hazırlamaq;
- Məhkəmə işlərinin aparılması üçün zəruri olan məktub, bildiriş, ərizə və s. şablonları hazırlamaq;
- Məhkəmələrdən, dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrlə hüquqi müstəvidə işin təşkilini təmin etmək, onlardan daxil olan sorğuları və müraciətləri hüquqi ekspertizadan keçirmək və cavablandırmaq, habelə bununla bağlı vahid reyestri yaratmaq;
- Məhkəmə qərarlarının icrası ilə bağlı Bankın digər struktur bölmələrindən daxil olan sorğuları cavablandırmaq;
- Bankın gündəlik fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında, ictimai və digər təşkilat və müəssisələrdə Bankın hüquqlarını və mənafeyini qorumaq məqsədi ilə təmsilçilik etmək;
- Bankı hüquq-mühafizə orqanlarında (polis, prokurorluq, məhkəmə, ədliyyə, vergi və s.) zərərçəkən şəxs, mülki iddiaçı, mülki cavabdeh qismində təmsil etmək;
- Banka daxil olan icra sənədlərinin hüquqi ekspertizasını həyata keçirmək və icra edilməli olan icra sənədlərini aidiyyəti üzrə Bankın müvafiq struktur bölmələrinə təqdim etmək.
- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Hüquq sahəsində potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Namizədə tələblər

- Hüquq üzrə ali təhsilli;
- Maliyyə sahəsində ixtisaslaşmış və məhkəmələrdə çıxış təcrübəsi olan (vəkil olması arzuolunandır);
- Rus dilini əla səviyyədə bilən;
- Ofis proqramlarında sərbəst işləməyi bacaran şəxsdir.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinin baş hüquqşünası )

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az