Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib (mal material üzrə)

800 - 800 AZN

Azərxalça Açıq Səhmdar Cəmiyyəti

Baxışların sayı: 120

Elan #7297

Şəhər
Sumqayıt
Yaş
25 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
02.10.2020
Bitmə tarixi
02.11.2020
Əlaqədar şəxs
Anar bəy
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Mühasibat

İş barədə məlumat

- Həftədə 6 gün (1-5 ci günlər 09:00-17:00, 6 cı gün 09:00-13:00);
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
-İqtisadiyyat sahəsində ali təhsil;

Namizədə tələblər

1. Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
2. Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq;
3. Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
4. Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrinin, yanacaq paylama cədvəllərinin yerində yoxlanılması və əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
5. Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
6. Hesabat ayı bitdikdən sonra 3 gün müddətində material anbarı, hazır məhsul anbarı və yanacaq anbarı üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin (GPS məlumatı, YD şirkətinin plastik kartlar üzrə hesabatı) alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
7. Hesabat ayı bitdikdən sonra 3 gün müddətində digər bölmə (şöbə) üzrə (istehsal, nəqliyyat, marketinq və s.) mal-materialların hesabatının, lazımı ilkin sənədlərin (silinmə akti, quraşdırma aktı və s.) alınması;
8. Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
9. Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
10. Sahəyə hər ay gedib malların qalıqlarına nəzarət edilməsi
11. Texniki Təhlükəsizlik sahəsində biliklərə yiyələnməli