Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Marketinq Meneceri

Razılaşma

Zeytun Pharmaceuticals

Baxışların sayı: 59

Elan #7278

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
30.09.2020
Bitmə tarixi
30.10.2020
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Marketing
Alt kateqoriya
Marketing menecment

İş barədə məlumat

• Marketinq planının hazırlanması və ona uyğun iş qrafikinin təşkili;
• Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
• Şirkətin təqdim etdiyi cari, həmçinin yeni məhsul və xidmətlərin reklamının təşkil edilməsi;
• Yerli və xarici satış kanallarının (İnternet, web portallar vasitəsi ilə) müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi
• Müştəri bazasının genişləndirilməsi və şatışın təkmilləşdirilməsi məqsədi ilə PR və reklam layihələrinin hazırlanması
• Şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin qiymətləndirilməsi
• Digital Marketinq üzrə kampaniyaların təşkili və idarə edilməsi
• Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması
• Tələbat olmayan malların və xidmətlərin bazara təqdim edilməsinin məhdudlaşdırılması
• Şirkət strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmətlərin təklifinin hazırlanması
• İstifadə olunan saytların effektivliyinin artırılması

Namizədə tələblər

• Ali təhsil ( Tibbi təhsil üstünlükdür )
• Marketinq təcrübəsi ən azı 3-5 il (Əczaçılıq sahəsində olması mütləqdir )
• MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər
• İnformasiyanın təhlili və analiz etmək bacarığı
• Sərbəst İngilis və Rus dili bilikləri


Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi HRDepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə subject (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.