Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Psixoloq

Razılaşma

Kaspi Təhsil Şirkəti

Baxışların sayı: 66

Elan #7266

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
29.09.2020
Bitmə tarixi
29.10.2020
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Tibb
Alt kateqoriya
Psixoloq

İş barədə məlumat

• Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;
• Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;
• Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi marifləndirmək;
• Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;
• Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;
• Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;
• Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;
• Şagirdlər üçün aktiv, tətbiqi və yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.
• Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
• Fərdi və peşəkar inkişaf imkanları;
• Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
• Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
• Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

Namizədə tələblər

• Peşəsinə yüksək motivasiya ilə yanaşma;
• Fərdi və komandada işləmək bacarığı;
• Yüksək çalışmaq və öyrətmək həvəsi;
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.


• Maraqlananlar İşə müraciət formasında ( https://www.kaspi.edu.az/career/ ) Psixoloq vəzifəsini seçməklə müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.