Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Sistem inzibatçısı

1500 - 2000 AZN

Sinteks

Baxışların sayı: 22

Elan #7104

Şəhər
Bakı
Yaş
25 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
09.09.2020
Bitmə tarixi
09.10.2020
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
İnformasiya Texnologiyaları
Alt kateqoriya
Sistem idarəetməsi

İş barədə məlumat

- İşin əsas rolu serverlərin idarə edilməsi, yeni serverlərin yerləşdirilməsi və idarə edilməsi, icarəyə verilən xidmətlərin alınması və idarə edilməsi.

Vəzifə öhdəlikləri:
- Şirkətə məxsus olan server avadanlıqların xarici və daxili, beynəlxalq rabitə və internet çıxışını təmin etmək
- İT infrastrukturu, daxili serverləri və bulud texnologiyaları idarə etmək
- Serverlərdə və kompüter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırılmaq
- Məlumatların arxivləşdirilməsini təşkil etmək
- Baş ofisdən mağazalara bağlantıların işləməsini və LAN, WAN, WiFi şəbəkələrinin işini təmin etmək
- Lisenziya tələb edən proqram təminatlarının alışını və lisenziya müddətinin vaxtlı-vaxtında uzadılmasını təmin etmək

Namizədə tələblər

- İxtisas / Təhsil:
- İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə təhsil, (MS Windows Server / Active Directory və ya digər müvafiq sertifikatlar arzu olunandır)

Təcrübə:
- Müvafiq sahə üzrə ən azı 4-5 il iş təcrübəsi

Bilik və bacarıqlar:
- SSO modeli; Müxtəlif Windows, Linux əsaslı servislərdə SSO tətbiq etmək bacarığı
- VmWare ESXI, vCenter Server, VMFS, istehsal şəraitində FT qurması üzrə təcrübəli olmaq
- LUN, datastore, ötürücü cihazların bağlantısı və SAN over FC, SAS üzrə təcrübəli olmaq
- Windows Server Domain Sistemi; AD, FSMO rolları, Qrup siyasətlərini bimək
- PKI; SSL sertifikatları, MS Sertifikat Təşkilatı, OpenSSL və fərqli ehtiyaclar üçün sertifikatlar üzrə təcrübəli olmaq
- Linux əsaslı server administrasiyası; VPS serverlərinin əmr və idarə edilməsini bilmək arzu olunandı
- Kerio Operator IP PBX; Telefon sistemi protokollarını və iş prinsiplərini bilmək
- Exchange Server 2016; Quraşdırma və idarəetmə. Rollar, Saytlar, DAG, Dinamik qruplar, təhlükəsizlik üzrə təcrübəli olmaq

Kompetensiyalar:
- Ünsiyyətcillik bacarığı
- İş bölgüsü aparmaq və vaxtın idarə etmək bacarığı
- Komandada işləmək və koordinasiya etmək bacarığı
- Cəldlik bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində Sistem İnzibatçısı qeyd edib göndərilməsi xahiş olunur.