Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Elektrik

700 - 900 AZN

Grand-Agro İnvitro MMC

Baxışların sayı: 54

Elan #6966

Şəhər
Bakı
Yaş
22 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Orta texniki
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
25.08.2020
Bitmə tarixi
25.09.2020
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Digər

İş barədə məlumat

- Elektrik avadanlıqlarının təmiri üzrə ayrı-ayrı işlərin yerinə yetirilməsi
- Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin və işıqlandırıcı armaturun montajı və təmiri
- Elektrik avadanlıqlarının hissələrinin açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi və sıxılmış hava ilə üfürülməsi
- Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi
- Paylayıcı lövhə və qutuların dəyişdirilməsi, qoruyucuların və qoşucuların qurulması
- Elektrik mühərrikləri və generatorlarının hissələrinin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi
- Elektromaqnit və elektromexaniki avadanlıqlarda yarana biləcək problemlərin aradan qaldırılması, təmir bərpa işlərinin həyata keçirilməsi
- Relelərinin təmiri, tənzimlənməsi, proqramlaşdırılması və elektrik sxemlərinə qoşulması

İş şərtləri:
- İş vaxtı I - V günlər 08:30-dan 17:30-dək
- Şirkət tərəfindən nahar və nəqliyyat ilə təmin edilmə

Namizədə tələblər

- Orta texniki təhsil (Müvafiq diplom və ya elektrik serfikatı)
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Avadanlıqların texniki baxışını həyata keçirmək və təmir etmək bacarığı
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər
- Elektrik sxemlərini oxumaq bacarığı
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
- Elektrik avadanlıqlarının montaj olunması və elektrik sxemləri ilə işləməyi bacarmalı
- Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu, elektrik materiallarının xüsusiyyətlərini bilmək və onlardan istifadə qaydalarını bacarmaq