Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İcraçı direktor ( Bakı, Ağstafa )

1000 - 2000 AZN

Karvan - L

Baxışların sayı: 91

Elan #6576

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
29.06.2020
Bitmə tarixi
29.07.2020
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
İnzibati
Alt kateqoriya
Heyətin idarə olunması

İş barədə məlumat

• Direktora şirkətin fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək.
• Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
• Direktorun qərarlarının icrasına nəzarət etmək.
• Direktorun göstərişi ilə İcraçı Direktor səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
• Şirkətin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
• Şirkətin direktoruna lazım olan məlumatları şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
• Bakı şəhəri üzrə İcraçı direktor üçün əmək haqqı : 1000-1500 AZN
• Ağstafa rayonu üzrə İcraçı direktor üçün məkdaqqı : 2000AZN

Ünvan:

1. Bakı şəh. Nobel pr. 22/32
2. Ağstafa ray. Həsənsu kəndi.

İş günləri: Həftənin 5 günü, saatı: 9:00 – 18:00, istitahət şənbə- bazar günü.

Namizədə tələblər

• Ali təhsil
• İş təcrübəsi: Müvafiq sahədə azı 3-5 il iş təcrübəsi, (İstehsalat və mexanika sahəsinədən anlayışı olanlara üstünlük verilir),

• Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dilləri arzu olunandır);
• Kompüter bilikləri;Microsoft Office
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
• İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
• Güclü qavrama qabiliyyətinə malik olmaq, müasir onlayn ticarət təfəkkürünü dərk etmək;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Ünsiyyət qurmaq, kollektivdə işləmək və yaxşı komanda rəhbəri olmaq bacarığı;
• səriştəli, müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu təyin edə bilən, 3 ildən az olmayan təcrübəsi olan şəxslər

Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını hr@karvanl.com ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İcraçı direktor) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.