Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan Resursları şöbəsinin rəhbəri

1200 - 1500 AZN

Melissa Group

Baxışların sayı: 114

Elan #6512

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
18.06.2020
Bitmə tarixi
18.07.2020
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
İnzibati
Alt kateqoriya
HR

İş barədə məlumat

• Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
• Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
• İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
• Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi;
• Şirkətin liderlik potensialının inkişafı və təşkilati strukturun yaradılması, vəzifə təlimatlarının yaradılması yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi;
• Təlim zəruriyyətinin aşkarlanması və təlim planının hazırlanması və inkişafetdirici tədris təşəbbüslərinin koordinasiya olunması, xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ, target, evaluation) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
• İnsan Resursları Departamentinin büdcəsinin planlaşdırılması və nəzarət olunması
• Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına davamlı olaraq nəzarətin aparılması;
• Ştat cədvəlinin hazırlanması və daimi olaraq nəzarətin aparılması
• İşdən çıxış müsahibə formunun və təhvil təslim prosesinə nəzarət olunması;
• İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması işlərinin şöbə əməkdaşları tərəfindən icrasına nəzarətin edilməsi;
• Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsinə nəzarət.
• Sosial müavinətlərin hesablanması işçi davamiyyətlərinin icrasına nəzarət;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• İnsan resursları departamentinə aid hesabatların tərtib edilməsi və rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
• Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi

İş vaxtı saat 9:00-18:00
İş günləri həftənin1-6-cı günləri

Əməkhaqqı 1200-1500 manat

Namizədə tələblər

• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
• İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
• İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
• Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli;
• MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
• İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi olmalı.

Qeyd olunan tələblərə uyğun olan namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində İR Rəhbər qeyd etməklə hr@melissagroup.az elektron ünvanına göndərmələri xahiş olunur.