Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Böyük hüquqşünas

Razılaşma

Sumgait Technologies Park LLC

Baxışların sayı: 32

Elan #6290

Şəhər
Sumqayıt
Yaş
25 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
18.05.2020
Bitmə tarixi
18.06.2020
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
cv@stp.az
Kateqoriya
Hüquq
Alt kateqoriya
Hüquqşünas

İş barədə məlumat

- Cəmiyyətin fəaliyyətinə hüquqi dəstəyi təmin etmək;
- Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması;
- Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
- Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası;
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası;
- Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
- Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi;
- Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi;
- Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.
ƏLAVƏ MƏLUMATLAR:

- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;

Namizədə tələblər

- Ali hüquq təhsili;
- Minimum 3 (üç) il iş (korporativ / müqavilə hüququ) təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
- Rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Böyük hüquqşünas yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.